Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan XİN: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq

Azərbaycan XİN: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq

08.04.2026 [11:20]

Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumatda, həmçinin qeyd olunur: "Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk.

Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır".

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30