Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dağıstanda mindən çox ev su altındadır

Dağıstanda mindən çox ev su altındadır

09.04.2026 [16:26]

Dağıstanın səkkiz yaşayış məntəqəsində 1000-dən çox ev su altında qalıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Nazirlik qeyd edib ki, Dağıstanda güclü yağışlar nəticəsində səkkiz yaşayış məntəqəsində 1091 yaşayış binası, 1146 bağ sahəsi və 70 yol hissəsi su altında qalıb.

Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hidroloji vəziyyət davamlı olaraq izlənilir və drenaj tədbirləri təşkil edilib. Xilasedicilər zərərçəkənlərə yardım göstərir, ərzaq və zəruri ləvazimatları çatdırır. Suyun çəkildiyi ərazilərdə təcili yardım xidmətləri ərazinin qurudulması, zibilin təmizlənməsi və çıxarılması, dezinfeksiya və sanitariya işləri də daxil olmaqla geniş fəaliyyət göstərir.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30