Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Türkiyədə 2040-cı ilədək tütün məhsullarının satışı qadağan edilə bilər

Media: Türkiyədə 2040-cı ilədək tütün məhsullarının satışı qadağan edilə bilər

10.04.2026 [19:18]

Türkiyə parlamentinə təqdim ediləcək qanunvericilik dəyişikliklərinə əsasən, 2040-cı il yanvarın 1-dən ölkədə tütün məhsullarının satışı qadağan ediləcək.

AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, təşəbbüslər hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndələri tərəfindən Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşma məqsədləri nəzərə alınmaqla Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə hazırlanır.

Qanunvericilikdə dəyişiklik edilərsə, yaxın illərdə Türkiyədə siqaretin pulunu nağd şəkildə ödəmək mümkün olmayacaq.

Məktəbəqədər təhsil müəssisələrinin, ibtidai və orta məktəblərin, universitetlərin, səhiyyə müəssisələrinin, oyun meydançalarının, idman və dini obyektlərin, çimərliklərin yaxınlığında siqaret çəkmək qadağan ediləcək.

Bütün tütün məhsulları elektron məlumat bazasında qeydiyyata alınacaq, habelə 18 yaşdan kiçik şəxslərin siqaretçəkmə zonalarına girişi qadağan ediləcək.

Yetkinlik yaşına çatmayanlara tütün məhsulları satanlar cinayət məsuliyyətinə cəlb olunacaq. Onlara qarşı altı aydan bir ilə qədər həbs cəzası tətbiq olunacaq.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30