Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çində süni intellektin təhsilə inteqrasiyası genişləndirilir

Çində süni intellektin təhsilə inteqrasiyası genişləndirilir

10.04.2026 [19:42]

Çin texnoloji inkişafı sürətləndirmək və iqtisadiyyatını rəqəmsallaşan gələcəyə uyğunlaşdırmaq istiqamətində süni intellektin erkən mərhələdən təhsil sisteminə inteqrasiyasını nəzərdə tutan “Sİ Plus Təhsil” təşəbbüsünü həyata keçirməyi planlaşdırır.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, təşəbbüs çərçivəsində süni intellekt texnologiyalarının məktəblərdə tətbiqi genişləndiriləcək və şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək.

Qeyd olunub ki, Çin 2030-cu ilə qədər təhsilin bütün səviyyələrini əhatə edən və daha geniş ictimaiyyət üçün əlçatan olan hərtərəfli süni intellekt təhsili sistemi formalaşdırmağı hədəfləyir. Bu addım ölkənin innovasiya potensialını gücləndirməyə və rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirməyə xidmət edəcək.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30