Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Avropada təyyarə yanacağı yaya qədər tükənə bilər

Media: Avropada təyyarə yanacağı yaya qədər tükənə bilər

10.04.2026 [19:30]

Avropada təyyarə yanacağının çatışmazlığı səbəbindən uçuşlar yay aylarında dayandırila bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti Avropa mənbələrinə və məxfi məlumatlara istinadla bildirib. Qəzetin yazdığına görə, bəzi ölkələrdə yalnız 10 günlük ehtiyat qalıb. “Avropanın strateji ehtiyatları bəzi regionlarda yayın qızğın vaxtında uçuşları davam etdirmək üçün yetərli olmaya bilər. Yalnız iki ölkənin 90 günlük kerosin ehtiyatı var”, - qəzet belə yazır.

Avropa ümumi təyyarə yanacağı ehtiyacının 43 faizini körfəz vasitəsilə idxal edir. Brüssel ABŞ, İsrail və İran arasında atəşkəsin qüvvədə qalacağına və tankerlərin Hörmüz boğazından keçməsinə imkan verəcəyinə ümid bəsləyir. Lakin müntəzəm daşımalar bərpa olunsa belə, tankerlərin gəlməsi və boşaldılması iki ayadək vaxt aparacaq.

Qəzet ABŞ-nin Avropa üçün alternativ ixracatçı ola biləcəyini, lakin bunun neçəyə başa gələcəyinin və şərtlərin hələ məlum olmadığını bildirib.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30