Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropada mart ayı normadan xeyli isti keçib

Avropada mart ayı normadan xeyli isti keçib

10.04.2026 [20:09]

Ötən ay Avropada tarixdə ikinci ən isti mart ayı kimi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb. Bildirilib ki, mart ayı qlobal miqyasda müşahidələrin başlanmasından bəri dördüncü ən isti ay olub. Orta temperatur 13,94 dərəcə Selsi təşkil edib ki, bu da sənaye dövründən əvvəlki səviyyədən 1,48 dərəcə yüksəkdir.

Həmçinin qeyd edilib ki, Avropada orta temperatur normadan 2,27 dərəcə yüksək olub. Eyni zamanda, Arktikada dəniz buzunun sahəsi rekord səviyyədə azalaraq orta göstəricidən 5,7 faiz aşağı düşüb. Qlobal dəniz səthinin temperaturu da mart ayı üçün ikinci ən yüksək səviyyəyə çatıb.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30