Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

10.04.2026 [13:05]

10 aprel 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının,  “Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi”, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatlarının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının və Ərazi Partiya Təşkilatlarının nümayəndələri, partiya fəalları, könüllülər iştirak ediblər.

Aksiya zamanı Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin mərkəzi su anbarının mühafizə zonasında 220 ədəd müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir. 

Paylaş:
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30