Qala divarının qorunmasına həssas yanaşma
11.04.2026 [10:32]
Tariximizin yaddaşı olan İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı dərhal operativ tədbirlər görülməsinə başlanıb. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. Mütəxəssislər qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda da bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak ediblər. Onların müxtəlif vaxtlarda həyata keçirdikləri bərpa layihələri sırasında Qız qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr yer alır.
Dünya abidələrinin oxşar taleləri
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu bütün abidələri, o cümlədən də qala divarı ilə birlikdə ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələri sırasına daxildir. İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, məscidlər, karvansaralar, qala divarı və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.
İçərişəhər ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 1985-ci ildə isə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.
Hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu “muzey-şəhər” ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhərin Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında Ümumdünya İrs Siyahısına salınması onun ümumbəşəri dəyər kimi qəbul edilməsinin və layiqincə qiymətləndirilməsinin göstəricisidir.
İçərişəhərdəki bütün abidələrin, o cümlədən də Qala divarının qorunması daim diqqət mərkəzində saxlanılır. Qala divarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib. Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir.
Haqqında bəhs olunan aşınma hadisəsi Qala divarının 13 və 14 saylı bürclərinin kəsişmə hissəsində baş verib. İndiyədək bu hissəyə hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
Qeyd edək ki, dünya təcrübəsində tarixi qala divarlarının və antik konstruksiyaların bu cür qəfil deformasiyası hallarına tez-tez rast gəlinir. Necə deyərlər, dünya abidələri oxşar talelər yaşayırlar. Xüsusilə iqlim dəyişikliyi, qrunt sularının hərəkəti və ya seysmik aktivlik səbəbindən Avropanın və Asiyanın qədim şəhərlərində bənzər vəziyyətlər müşahidə olunub. Bu, xüsusilə açıq hava şəraitində olan müdafiə tikililəri üçün xarakterikdir. Zaman-zaman Roma qala divarları (Muro Torto, İtaliya), Çin Səddi, Avropadakı qalalar (Krakov və ya Aviny) müxtəlif səviyyəli aşınmalara məruz qalıblar.
Təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı məlumatda bildirlir ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.
Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək.
Qeyd edilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunub. Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. “Məqsədi abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir”, - deyə yayılan məlumatda vurğulanılr.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29
YAP xəbərləri
15 Aprel 15:18
Dünya
15 Aprel 14:45
Siyasət
15 Aprel 14:43
Dünya
15 Aprel 14:28
YAP xəbərləri
15 Aprel 14:22
YAP xəbərləri
15 Aprel 14:11
YAP xəbərləri
15 Aprel 14:01
Dünya
15 Aprel 13:40
Sosial
15 Aprel 13:38
YAP xəbərləri
15 Aprel 13:31
Mədəniyyət
15 Aprel 12:49
Gündəm
15 Aprel 12:41
Sosial
15 Aprel 12:18
YAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17
Dünya
14 Aprel 19:55
İdman
14 Aprel 19:20
Sosial
14 Aprel 19:05
Gündəm
14 Aprel 18:12
Siyasət
14 Aprel 17:54
YAP xəbərləri
14 Aprel 17:53
Elanlar
14 Aprel 17:52
YAP xəbərləri
14 Aprel 17:30
Hadisə
14 Aprel 16:41
Sosial
14 Aprel 16:38
Hadisə
14 Aprel 16:27
Elanlar
14 Aprel 16:16
Sosial
14 Aprel 16:14
YAP xəbərləri
14 Aprel 16:09
YAP xəbərləri
14 Aprel 15:59
Dünya
14 Aprel 15:37
YAP xəbərləri
14 Aprel 14:57
Sosial
14 Aprel 14:35
Gündəm
14 Aprel 14:29
Hadisə
14 Aprel 14:25
Gündəm
14 Aprel 14:21
Siyasət
14 Aprel 14:05
Dünya
14 Aprel 13:35
Dünya
14 Aprel 13:24
Gündəm
14 Aprel 13:02

