Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şahzadə Harri təsis etdiyi xeyriyyə təşkilatı tərəfindən məhkəməyə verilib

Şahzadə Harri təsis etdiyi xeyriyyə təşkilatı tərəfindən məhkəməyə verilib

11.04.2026 [18:42]

Şahzadə Harri təsisçilərindən biri olduğu “Sentebale” xeyriyyə təşkilatı tərəfindən böhtan ittihamı ilə məhkəməyə verilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Afrika ölkələrində gənclərə dəstək göstərən təşkilat martın 24-də iddia qaldırıb. Məhkəmə sənədlərində Şahzadə Harri ilə yanaşı, təşkilatın keçmiş qəyyumlarından biri olan Mark Dayer də cavabdeh qismində göstərilir. İş üzrə əlavə sənədlər və ya detallar hələlik açıqlanmayıb.

Şahzadə Harri ötən il təşkilatdan ayrılıb. Bu addım təşkilatın idarə olunması ilə bağlı yaranmış mübahisə fonunda atılıb və tərəflər arasında gərginliklə müşayiət olunub. Mübahisə təşkilatın sədri Sofi Çandauka ilə fikir ayrılıqları səbəbindən yaranıb.

“Sentebale” Botsvana və Lesotoda fəaliyyət göstərərək xüsusilə HİV və QİÇS-dən əziyyət çəkən gənclərin sağlamlığı və rifahının yaxşılaşdırılmasına dəstək verir.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30