/ / “Zərifə Əliyeva-Elmə ,şəfqətə və insanlığa həsr olunmuş ömür” mövzusunda elmi-praktiki konfrans keçirilib
“Zərifə Əliyeva-Elmə ,şəfqətə və insanlığa həsr olunmuş ömür” mövzusunda elmi-praktiki konfrans keçirilib
28.04.2026 [17:40]
28.04.2026-cı il tarixdə Qubadlı Rayon Mərkəzi Xəstəxanasının və Yeni Azərbaycan Partiyası Qubadlı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “Zərifə Əliyeva-Elmə, şəfqətə və insanlığa həsr olunmuş ömür” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda YAP Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı RMX-nın direktoru Yaşar Həsənov, RMX-nın şöbə müdirləri və məsul şəxsləri, RMX-ya tabeli tibb müəsssisələrinin rəhbərləri, YAP Qubadlı rayon təşkilatının nümayəndəsi, Qubadlı Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri və nümayəndəsi iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Daha sonra Zərifə Əliyeva haqqında videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan direktor Yaşar Həsənov qeyd edib ki, Zərifə xanımın həyat yolu Azərbaycan qadını üçün örnək məktəbdir. O, təkcə tibb sahəsində deyil, eyni zamanda insanlara olan münasibəti, yüksək mənəviyyatı və nümunəvi ailə dəyərləri ilə də hər zaman seçilib. Onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.
Yeni Azərbaycan Partiyası Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov isə çıxışında vurğulayıb ki, Tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Öz peşəsini sevərək yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib.
Digər çıxış edənlər də bildiriblər ki, Azərbaycan xalqına xas nəcib keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə xatirələrdə əbədi yaşayan Zərifə Əliyeva nümunəvi həyat yolu keçib.
Sonda yeni qəbul olunmuş partiya üzvlərinə YAP Qubadlı Rayon Təşkilatı tərəfindən yeni üzvlük vəsiqələri təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

