Hörmüzün yaratdığı iqtisadi itkilər artır, ABŞ-nin aviasiya şirkəti fəaliyyətini dayandırıb
04.05.2026 [23:35]
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması və İranın neft hasilatını azaltmaq qərarı dünya bazarında yeni gərginlik dalğası yaradıb.
AZƏRTAC xəbər verir ki, OPEC-in müəyyən etdiyi kvotaya uyğun olaraq dünya bazarının neftə olan tələbatının 13 faizini təmin edən BƏƏ 1967-ci ildən kartelin üzvü idi.
İranın BƏƏ neft infrastrukturunu bombalamasına münasibət bildirməməsi və müharibə zamanı itkilərini ödəməyə çalışan BƏƏ istədiyi kimi neft hasilatı, ixracı və istehsalı ilə məşğul olmaq üçün OPEC-i tərk etdi.
ABŞ-nin İran limanlarını blokadaya alması və dünya bazarına neft çıxarmağa imkan verməməsi rəsmi Tehranı hasilatı azaltmağa məcbur edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran hasil etdiyi nefti saxlamağa yer tapmır. Anbarlar, terminallar və dənizdəki tankerlər dolu olaraq qalır.
“Reuters” agentliyi bildirib ki, bazarda neft qıtlığının qarşısını almaq üçün OPEC hasilatı 188 min barel artırmaq haqqında qərar qəbul etməyi planlaşdırıb və yaxın günlərdə qərarı açıqlayacaq.
Blokada İranı məcbur edib ki, neft yataqlarının 30 faizinin fəaliyyətini dayandırsın. Sonradan bu yataqların işə salınması çox çətin və xərc aparan iş olsa da İranın başqa yolu yoxdur. Hələlik isə İran və ABŞ-nin danışıb razılıq əldə etmək üçün diplomatik səyləri nəticə vermir və kəskin ittihamlar davam edir.
ABŞ mətbuatının yazdığına görə, Konqres Ağ Evdən müharibəni başa çatdırmağı tələb edir ki, bu da səbəbsizdeyil. Mayın 2-də ABŞ-nin “Spirit Airlies” fəaliyyətini dayandırdığını bəyan edərək bütün reysləri ləğv edib. Bəyanatda bildirilib ki, aviasiya kerosininin həddindən artıq bahalaşması şirkətin gəlirlərini heçə endirib. Ağ Ev administrasiyası şirkətə 500 milyon dollar ayırsa da şirkətin maliyyəyə vəziyyəti sabitləşmir. Çünki bütün gəlirlər yanacaq almağa sərf olunur, digər xidmətlərə və əməkdaşlara məvacib ödəməyə vəsait qalmır. Bu, ABŞ-yə müharibə zamanı dəyən böyük iqtisadi zərbədir.
Bu arada İran İsrail gəmiləri üçün Hörmüz boğazını birdəfəlik bağlandığını, ABŞ gəmiləri üçün isə icazənin yalnız müharibə zamanı dəyən ziyana görə kompensasiyanın ödənildikdən sonra veriləcəyinin açıqlayıb. İranın buna reallıqda necə nail olacağını zaman göstərəcək. Hələlik isə ABŞ və Avropanın aviasiya şirkətləri ciddi sınaq qarşısındadır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

