Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Lənkəranda sürücü sükan arxasında ölüb

Lənkəranda sürücü sükan arxasında ölüb

24.05.2026 [20:09]

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb. Belə ki, 57 yaşlı Lənkəran şəhər sakini Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan həyatını itirib. Nəticədə nəzarətdən çıxan avtomobil yol kənarında yerləşən obyektə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31