Yeni və konstruktiv mərhələ
07.05.2026 [09:52]
Prezident İlham Əliyevin İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı formatında iştirakı və burada etdiyi proqram xarakterli çıxış post-münaqişə dövrünün artıq tamamilə yeni və konstruktiv bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu çıxış sadəcə siyasi bəyanat deyil, eyni zamanda Cənubi Qafqazın gələcək onilliklərini müəyyən edən strateji bir yol xəritəsi idi.
Prezident İlham Əliyevin vurğuladığı ən mühüm məqamlardan biri Ermənistan ilə münasibətlərdə əldə olunan irəliləyişlərlə bağlıdır. Xüsusilə, Ermənistanın 2028-ci ildə növbəti Zirvə görüşünün Bakıda keçirilməsinə dəstək verməsi regionda qarşılıqlı etimadın formalaşmağa başladığını göstərən ən mühüm siyasi faktordur. Bir il əvvəl Albaniyanın paytaxtı Tiranada irəli sürülən bu təşəbbüsün qəbul olunması və bu prosesdə həm Avropa liderlərinin, həm də Ermənistan rəhbərliyinin konstruktiv yanaşma sərgiləməsi sülhün artıq real davranış modelinə çevrildiyini təsdiqləyir. Bu fakt bir vaxtlar qeyri-mümkün görünən regional barışığın artıq real siyasi gündəliyə çevrildiyinin bariz nümunəsidir.
Siyasi yaxınlaşmanı möhkəmləndirən ən mühüm amil şübhəsiz ki, iqtisadi əlaqələrdir. Prezidentin çıxışında səsləndirdiyi rəqəmlər bu prosesin praktiki olaraq başladığını sübut edir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması çərçivəsində Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yükün daşınması, həmçinin enerji sahəsində əməkdaşlığın ilk addımları olaraq 12 min ton neft məhsulunun -benzin və dizelin ixracı regionun iqtisadi mənzərəsini kökündən dəyişir. Bu rəqəmlər göstərir ki, Azərbaycan və Ermənistan artıq qarşılıqlı iqtisadi asılılıq və maraqlar zəminində yeni münasibətlər qururlar. İqtisadi diplomatiya siyasi tabuları qıraraq bölgədə sabitliyin əsas təminatçısına çevrilir.
Dövlət başçısının qeyd etdiyi digər mühüm istiqamət isə regionun yeni nəqliyyat və loqistika qovşağına çevrilməsi ilə bağlıdır. Yükdaşımaların bərpası və enerji ixracı tərəflər arasında etimadı gücləndirməklə yanaşı, Cənubi Qafqazı beynəlxalq layihələr üçün daha cəlbedici edir. Bu, Azərbaycanın illərdir irəli sürdüyü “kommunikasiyaların açılması və regional inteqrasiya” strategiyasının uğurlu nəticəsidir.
Cənubi Qafqaz artıq münaqişə zonası deyil, əməkdaşlıq və inkişaf mərkəzidir. Azərbaycanın rəhbərliyi tərəfindən həyata keçirilən uzaqgörən siyasət bölgədə davamlı sülhü təmin edən konkret nəticələr verir. Prezident İlham Əliyevin strateji mesajları Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun və yeni inkişaf mərhələsinin təntənəsidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

