Brüssel dondurulmuş vəsaitlərin yalnız bir hissəsini Macarıstana ayırmağa hazırdır
07.05.2026 [21:26]
Avropa Komissiyası Macarıstanda planlaşdırılan hökumət dəyişikliyinə baxmayaraq, dondurulmuş Avropa İttifaqı vəsaitlərini Macarıstana verməyə hazır deyil.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Macarıstanın Baş naziri postunu tutmağa hazırlaşan “Tisza” Partiyasının lideri Peter Macyarın komandası ilə Brüssel arasında Avropa İttifaqının “Pandemiyadan sonra bərpa fondu”ndan Budapeştə 10,4 milyard avro ayrılması ilə bağlı qapalı danışıqlar aparılır. Həmin vəsaitlər Viktor Orbanın hökuməti dövründə qanunun aliliyinin pozulması iddiaları səbəbindən dondurulmuşdu.
“Politico” qeyd edir ki, Avropa Komissiyası 6,5 milyard avroluq paketin qrant hissəsini müzakirə etməyə hazırdır, lakin qalan 3,9 milyard avroluq kreditin ayrılmasına qarşıdır. Brüssel hesab edir ki, Macarıstanın bütün zəruri islahatları həyata keçirmək üçün vaxtı çox azdır.
Buna baxmayaraq, Peter Macyarın komandası dondurulmuş vəsaiti tam almağa ümid edir, çünki Avropa İttifaqı ilə münasibətləri “yenidən qurmaq” vədlərindən sonra razılaşmanın tam əldə edilməməsi ölkə daxilində qənaətbəxş hesab edilməyə bilər.
Nəşr, həmçinin vurğulayır ki, Viktor Orbanın gedişinə baxmayaraq, Brüssel Macarıstana qarşı demokratik islahatlar və qanunun aliliyi ilə bağlı tələblərindən imtina etmək niyyətində deyil.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

