Beyləqanda şahmat idman növü üzrə rayon turniri keçirildi
07.05.2026 [23:56]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 07 may 2026-cı il tarixdə Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun və Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon gənclər və idman sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olundu.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək bildirdi ki, turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Əziz Əzizov qeyd etdi ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək bildiridi ki, ölkəmizdə müasir idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji kursa əsaslanır və bu siyasət bu gün uğurla davam etdirilir. Rayon təşkilatının sədri qeyd etdi ki, belə yarışların təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində nüfuzunu daha da möhkəmləndirir. Rayon təşkilatının sədri turnirdə iştirak edən yeniyetmə şahmatçıları, onların müəllim və məşqçilərini təbrik edərək onlara ən xoş arzularını bildirdi.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov çıxış edərək ölkəmizdə idmana və xüsusilə şahmata dövlət qayğısından və şahmatçılarımızın uğurlarından söz açaraq Beyləqan şahmatçılarının nailiyyətlərini vurğulayaraq, yarış iştirakçılarına uğurlar arzu etdi.
Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri tutan şahmatçılara qiymətli hədiyyələr, diplom və medallar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

