Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ strateji ballistik raketdaşıyan sualtı qayığını Avropaya göndərib

ABŞ strateji ballistik raketdaşıyan sualtı qayığını Avropaya göndərib

12.05.2026 [19:20]

ABŞ-nin Qitələrarası ballistik raketlərlə silahlanmış “Ohio” sinifli strateji sualtı qayığı mayın 10-da Cəbəllütariqdəki hərbi bazaya daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması məlumat yayıb.

“Bu, ABŞ-nin hərbi imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə davamlı sadiqliyini nümayiş etdirir. “Ohio” sualtı qayığındakı ballistik raketlər ABŞ nüvə triadasının ən davamlı komponentidir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 14 ədəd “Ohio” sinifli strateji sualtı qayığı var. Onların hər biri 20 ədəd “Trident II D-5” ballistik raketi daşıya bilir.

Paylaş:
Baxılıb: 395 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31