Modernləşdirilmiş polad magistral
20.05.2026 [10:53]
Bakı-Tbilisi-Qars dəmir yolunun yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb
Mayın 18-də Bakıda Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən “Bakı-Tbilisi-Qars” (BTQ) yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Sənədə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.
Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommünike sənədinə əsasən, ikitərəfli bağlantıların daha da möhkəmləndirilməsi, o cümlədən, müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün “BTKI Dəmir Yolları” MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib. Bu, regional bağlantının gücləndirilməsində mühüm addım olmaqla yanaşı, həm də nəqliyyat əlaqələrinin inkişafında yeni xidmətləri təmin edəcək.
Orta Dəhlizin əsas arteriyalarından biri
Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və regionun əlaqələndirilməsində əsas rol oynayır. Nəqliyyat infrastrukturlarını müasirləşdirən ölkəmiz qlobal dəhlizlərin ən mühüm tərkib hissəsinə çevrilən dəmir yolu nəqliyyatını da modernləşdirməklə tərəfdaş ölkələrlə sıx platforma qurmaqdadır. Eləcə də, müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması qarşıda duran əsas çağırışlardandır. Bu baxımdan Azərbaycanın regional tranzit dəhlizlərindəki rolunun artması rəqəmsallaşma ilə bağlı tədbirlərin də həyata keçirilməsini zəruri edir. Bu ssenariyə əsasən, BTQ-nin modernləşdirilməsinin məqsədi bu nəqliyyat qovşağını Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabət qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Dəmir yolunun Gürcüstan ərazisində həyata keçirilən modernizasiyası beş əsas mərhələni əhatə edib: Marabda-Tetriskaro, Tetriskaro-Tsalka, Tsalka-Axalkalaki, Axalkalaki-Kartsaxi və Axalkalaki kompleksi. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir. Layihə çərçivəsində 30,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 kilometr uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Layihədə uzunmüddətli səmərəliliyi və etibarlılığı təmin etmək üçün qabaqcıl texnologiyalar və müasir Avropa istehsalı avadanlıqlarını istifadə edilib. Layihənin Gürcüstan seqmentində tamamlanan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükgötürmə qabiliyyəti 1 milyon tonu ötüb.
ADY layihənin Azərbaycan tərəfində - Bakı-Böyük Kəsik sahəsində də əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub. Yenilənmiş BTQ xətti üzrə ilk yük qatarı 2024-cü il mayın 20-də Abşeron Logistika Mərkəzindən yola düşüb və 20 konteyner yükü Bakıdan Qarsa çatdırılıb. Bu, BTQ xəttinin regional yükdaşımalarda yenidən aktiv rol oynadığını nümayiş etdirib.
Ümumilikdə, görülən işlər nəticəsində Avrasiya nəqliyyat şəbəkəsinin əsas elementi kimi BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Dəmir yolunun xətti regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rolu əhəmiyyətli dərəcədə artıb.
Zəngəzur dəhlizinin yeni qolu - Qars-İğdır-Naxçıvan dəmir yolu xətti
Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan digər yeni xətt Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsidir ki, bu istiqamətdə də mühəndis-kommunikasiya əlaqəndirilməsi işləri davam etdirilir. Orta Dəhlizin yeni şaxəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq. Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.
Göründüyü kimi, BTQ sadəcə Bakı, Tbilisi və Qarsı birləşdirən dəmir yolu deyil, modernləşdirilmiş xətt Orta Dəhlizin yükdaşıma qabiliyyətini artıracaq, Şərq-Qərb ticarət axınlarını sürətləndirəcək, Azərbaycanı regional tranzit qovşağı kimi gücləndirərək Avrasiya logistika sistemində yeni balans yaradacaq.
Beləliklə, modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu hazırda Orta Dəhlizin əsas komponenti olaraq Çin, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların Qərb və Şərq istiqamətində səmərəli həyata keçirilməsini tam təmin edir. Yeni strateji plan və “BTKI Railways” MMC-nin fəaliyyəti sayəsndə BTQ-nin yükdaşıma imkanları daha da artmaqla, Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksionallığı güclənəcək, bölgədə ən etibarlı nəqliyyat arteriyasına çevriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

