Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Güclü dövlətin təmini...

Güclü dövlətin təmini...

23.05.2026 [11:34]

Hüquqi və siyasi mədəniyyət cəmiyyətin inkişaf açarıdır

Müasir dünyanın sürətlə dəyişən sosial, iqtisadi və siyasi mühitində insan hüquq və azadlıqlarının qorunması təkcə qanunla təmin olunan mexanizm deyil. Vətəndaş cəmiyyətində insanların öz hüquqlarını bilməsi, onları müdafiə etmək qabiliyyətinə malik olması yalnız şəxsi rifahın təminatına xidmət etmir. Bütün bunlar eyni zamanda cəmiyyətin demokratik prinsiplər üzərində formalaşmasına, sosial ədalətin möhkəmlənməsinə və siyasi proseslərin şəffaf və ədalətli şəkildə aparılmasına mühüm təsir göstərir. Belə bir kontekstdə vətəndaşın hüquqi və siyasi mədəniyyətinin yüksəldilməsi, onun həm də ictimai fəallığını artırmaq, cəmiyyətin problemlərinə daha məsuliyyətlə yanaşmaq və kollektiv rifahın təmin olunmasına töhfə vermək qabiliyyətini inkişaf etdirməsi deməkdir.

Eyni zamanda, hüquqi bilik və siyasi şüurun artması vətəndaşların dövlət qurumları ilə effektiv əməkdaşlıq etməsinə, ictimai təşəbbüslərdə iştirak etməsinə və müxtəlif sosial qrupların maraqlarını müdafiə etməsinə şərait yaradır. Bu isə cəmiyyətin özünü idarə etmə qabiliyyətini möhkəmləndirir. Nəticədə, insan hüquqlarının müdafiəsi və vətəndaş fəallığının artırılması bir-birindən ayrılmaz proses olaraq, cəmiyyətin inkişafı və demokratik dəyərlərin hərtərəfli təşviqi üçün vacib bir baza yaradır. Bu baza isə hər bir fərdin hüquqi və siyasi maarifləndirilməsi, vətəndaşlıq məsuliyyətini dərk etməsi və aktiv sosial-siyasi iştirakı ilə həyata keçirilə bilər.

Hüquqların qorunması: Etimad və şəffaflıq yolu...

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, insan hüquqları və azadlıqlarının qorunması, həmçinin təşviqi müasir və demokratik cəmiyyətin əsas sütunlarından biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu sahədə atılan hər bir addım yalnız vətəndaşların həyat keyfiyyətini yüksəltmir, eyni zamanda ölkənin hüquqi və siyasi sisteminin dayanıqlılığını da təmin edir: “Çünki hüquqların təminatı və onların müdafiəsi, vətəndaşların dövlət qarşısında olan etimadını gücləndirir, sosial ədalət prinsiplərini möhkəmləndirir və cəmiyyətin bütün təbəqələrinə bərabər imkanların yaradılması üçün zəmin hazırlayır. Bu baxımdan vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi yalnız formal bir bilik məsələsi deyil, həm də onların ictimai proseslərdə fəal iştirakını təmin edən, düşüncələrini və davranışlarını demokratik prinsiplərə uyğun yönəldən, dövlətin fəaliyyətinə şəffaf baxış qabiliyyətini inkişaf etdirən kompleks bir prosesdir. Yüksək hüquqi mədəniyyətə malik olan vətəndaşlar öz hüquq və vəzifələrini daha dərindən dərk edir, qərəzsiz qərarlar qəbul edə bilir və ictimai nəzarəti effektiv şəkildə həyata keçirə bilirlər”.

Fəal vətəndaş, güclü dövlət

Ekspert qeyd edib ki, sosial və siyasi fəallığın artırılması, vətəndaşların yalnız hüquqlarını tələb etməsi ilə kifayətlənən, eyni zamanda dövlətin qərarvermə proseslərinə aktiv təsir göstərə bilir: “Bu da demokratik prinsiplərin praktikada işləməsi üçün vacib şərtdir. Fəal vətəndaş cəmiyyəti, müxtəlif maraq qruplarının balanslaşdırılmış təmsilçiliyi və media vasitəsilə həyata keçirilən ictimai nəzarət, dövlətin səmərəliliyini artırır. Eyni zamanda, hüquqi biliklərin və siyasi savadın cəmiyyətə inteqrasiyası sosial sabitliyi gücləndirir, insanların fərqli fikirlərə hörmətlə yanaşmasını təmin edir. Nəticədə müxtəlif təbəqələr arasında dialoq mühitini formalaşdırır ki, bu da ölkədə uzunmüddətli inkişafın və demokratik transformasiyanın əsasını təşkil edir”.

Dövlət-vətəndaş münasibətlərinin gücləndirilməsi

Ə.Nuriyevin sözlərinə görə, insan hüquqları və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin yüksəldilməsi və onların sosial, eləcə də siyasi fəallığının artırılması bir-birindən ayrılmaz proseslərdir: “Onlar yalnız fərdlərin şəxsi inkişafını təmin etmir, həm də ölkənin demokratik institutlarının möhkəmlənməsinə, ictimai rəylərin düzgün formalaşmasına və dövlət-vətəndaş münasibətlərinin şəffaf və səmərəli qurulmasına xidmət edir. Ona görə də bu istiqamətdə həyata keçirilən hər bir təşəbbüs uzunmüddətli perspektivdə, cəmiyyətin həm hüquqi, həm də sosial rifahına əvəzsiz töhfə verir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31