WUF13: Mənzil böhranının həllində metropoliten idarəetmə üzrə Barselona təcrübəsi təqdim olunub
22.05.2026 [12:28]
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyasında mənzil böhranının həllində metropoliten (böyük şəhər) idarəetməsi üzrə Barselona Metropoliten Ərazisinin təcrübəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Barselona Böyükşəhər Ərazisinin Proqnozlaşdırma və Strategiya şöbəsinin rəhbəri Eva Qarsia Çueka öz təqdimatında metropoliten idarəetmənin mənzil böhranı və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rolundan danışıb.
Çıxışda qeyd edilib ki, 36 bələdiyyəni birləşdirən Barselona Böyükşəhər Ərazisi cəmi 636 kvadratkilometr ərazidə 3,4 milyondan çox sakinə ev sahibliyi edir. Ərazi Kataloniya ərazisinin yalnız 2 faizini əhatə etsə də, bölgə əhalisinin 43 faizi burada məskunlaşıb və regionun ÜDM-nin yarısından çoxu bu ərazidə istehsal edilir. Bu baxımdan idarəetmənin vahid və inteqrasiya olunmuş şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin bildirilib ki, müasir şəhərlərdə mənzil siyasəti digər sahələrdən təcrid oluna bilməz və nəqliyyat, ictimai xidmətlər, məşğulluq və şəhərsalma ilə birlikdə planlaşdırılmalıdır.
Diqqətə çatdırılıb ki, poli-sentrik şəhər modeli çərçivəsində imkanların müxtəlif mərkəzlər arasında bölüşdürülməsi həm nəqliyyat yükünü azaldır, həm də şəhər sakinlərinin həyat keyfiyyətini yüksəldir. Bu modelə əsasən, imkanlar yalnız bir mərkəzdə deyil, ərazi üzrə 16 müxtəlif mərkəz arasında bölüşdürülür ki, bu da uzun məsafəli hərəkəti azaldır və həyat keyfiyyətini artırır.
Qeyd olunub ki, metropoliten səviyyədə koordinasiya olunmuş modellər şəhərlərin daha dayanıqlı, inklüziv və iqlim dəyişikliklərinə davamlı inkişafına töhfə verir.
E. Q. Çueka yekunda Latin Amerika, Afrika və Avropadan olan tərəfdaşlarla birlikdə böyükşəhər idarəetməsini qlobal gündəliyə çıxarmaq üçün aparılan beynəlxalq prosesin əhəmiyyətini də vurğulayıb.
Xəbər lenti
Hamısına baxElm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41

