/ / Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib
Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib
21.05.2026 [22:43]
Mayın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Tərəflər, həmçinin ölkəmizin enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, ölkəmizin Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar.
BMT Baş katibinin müavini Əminə Məhəmməd Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

