“Çimərlik mövsümü”nə az qalıb...
03.06.2026 [08:50]
Ən çox yayılan infeksiyalar hansılardır?
Çimərlik mövsümünün rəsmən açıq elan olunmasına sayılı günlər qalıb. Məlumdur ki, ölkəmizdə ənənəvi olaraq çimərlik mövsümü iyunun 15-də başlayır. Ancaq bəzi ərazilərdəki çimərliklər mayın 15-dən etibarən fəaliyyətə başlayıb. Sentyabrın ortalarına qədər davam edəcək mövsümdə Xəzər dənizinin sahilində həm pulsuz, həm də ödənişli çimərliklər fəaliyyət göstərəcək.
Hər il olduğu kimi, bu il də sahilboyu ərazilərin təmizlənməsi, xilasedici xidməti və gigiyenik-sanitar qaydalara əməl olunması müzakirə mövzusudur. Xoş və təhlükəsiz istirahətin təmin olunması üçün hər bir vətəndaşın həm şəxsi təhlükəsizlik qaydalarına, həm də sanitar-gigiyenik tələblərə ciddi şəkildə əməl etməsi olduqca vacib hesab edilir. Diqqətsizlik və məsuliyyətsiz davranışlar həm sağlamlıq problemlərinə, həm də bədbəxt hadisələrə səbəb ola bilər.
Bu qaydalara əməl etmək vacibdir...
Mütəxəssislər bildirirlər ki, çimərlik mövsümündə ən çox rast gəlinən təhlükələrdən biri boğulma hallarıdır. Ona görə də yalnız nəzarət olunan, xilasedicilərin fəaliyyət göstərdiyi və üzmək üçün təhlükəsiz hesab edilən ərazilərdə suya girmək tövsiyə olunur. Eyni zamanda spirtli içki qəbul etdikdən sonra dənizə daxil olmaq, hava şəraitinin əlverişsiz olduğu vaxtlarda üzmək və ya üzmə bacarığı zəif olan şəxslərin dərin sulara getməsi ciddi risk faktorları hesab edilir.
Çimərliklərdə sanitar-gigiyenik qaydalara əməl olunması da sağlamlığın qorunmasında mühüm rol oynayır. Çirkli su, sahildə yığılan tullantılar və ya gigiyenik normalara cavab verməyən şərait müxtəlif infeksiyaların yayılmasına səbəb ola bilər. Buna görə də istirahət edənlər tullantıları xüsusi konteynerlərə atmalı, içməli su kimi yalnız etibarlı mənbələrdən istifadə etməli və qida məhsullarını günəş altında uzun müddət saxlamamalıdırlar.
Dəniz və sahil sularında bəzən insan sağlamlığı üçün təhlükə yarada bilən müxtəlif viruslar və mikroorqanizmlər də mövcud ola bilir. Xüsusilə, kanalizasiya sularının qarışdığı və ya ekoloji vəziyyəti qənaətbəxş olmayan ərazilərdə enteroviruslar, noroviruslar və bəzi bağırsaq infeksiyalarına səbəb olan mikroorqanizmlərlə qarşılaşmaq mümkündür ki, bu da ürəkbulanma, qusma, ishal və ümumi halsızlıq kimi əlamətlərlə özünü göstərə bilər.
Mütəxəssislər həmçinin bildirir ki, açıq yarası olan şəxslər çirkli və ya mənşəyi məlum olmayan sularda üzməkdən çəkinməli, dəniz suyunun ağıza və ya gözlərə düşməməsinə çalışmalı, çimərlikdən sonra isə mütləq təmiz su ilə yuyunmalıdır. Eyni zamanda əllərin gigiyenasına xüsusi diqqət yetirilməlidir, çünki sadə profilaktik tədbirlər bir çox xəstəlik riskinin qarşısını almağa kömək edir.
Günəş şüalarının təsiri də nəzərə alınmalı olan vacib amillərdəndir. Belə ki, uzun müddət birbaşa günəş altında qalmaq günvurma, susuzlaşma və dəri yanıqları ilə nəticələnə bilər. Bu baxımdan günün ən isti saatlarında kölgədə istirahət etmək, kifayət qədər maye qəbul etmək və qoruyucu kremlərdən istifadə etmək tövsiyə olunur.
Pulsuz çimərliklər bu ərazilərdədir
Paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb. Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir. Əlilliyi olan şəxslərə əlçatanlığın təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.
Dənizdə ən çox rast gəlinən infeksiyalar...
Yoluxucu xəstəliklər üzrə mütəxəssis, həkim Mələk Heydərli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dəniz, göl və açıq su hövzələrində infeksiya riskləri yüksək olur. Onun sözlərinə görə, bu ərazilər istirahət üçün geniş istifadə olunsa da, müxtəlif mikroorqanizmlərin yaşaması və yayılması üçün əlverişli məkandır: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, rekreasiya suları bakterial, viral və parazitar infeksiyaların ötürülmə mənbəyi ola bilər. Dənizdə ən çox rast gəlinən infeksiyalar suyun fekal çirklənməsi və təbii mikrobioloji florası ilə əlaqədardır. Kəskin bağırsaq infeksiyalarına yoluxma halları baş verə bilər. Daha çox çirkli suyun udulması ilə yayılır. İshal, qarın ağrısı, qusma və hərarət yarada bilər. ÜST məlumatlarına görə, rekreasiya sularında ən çox qeydə alınan xəstəlik qrupu kəskin qastroenteritlər və əsas mexanizm fekal-oral yoldur. Əsasən çirklənmiş suyun udulması, dəridən nüfuz etmə nəticəsində keçir. Gigiyenik şəraiti zəif olan çimərliklərdə mikroorqanizmlərlə təmas mümkündür. Xüsusilə, qumla oynayan uşaqlarda risk artır. Bunlarla yanaşı çimərlikdə qulaq infeksiyalarına da rast gəlinə bilər. Belə ki, xarici qulaq yolunda ağrı, qaşınma və axıntı yaranır, bəzən eşitmədə müvəqqəti azalma ilə özünü göstərə bilər. Çirkli su ilə təmas sonrası göz qızartısı, yanma, sulanma və irinli axını yarana bilər. Xüsusilə, adenovirus çimərlik və açıq su mühitlərində epidemik konyunktivitin ən mühüm törədicilərindən biridir və yüksək yoluxuculuğa malikdir. Adenoviruslar kontakt yolu ilə sürətlə yayılır və çimərliklərdə kiçik epidemiyalar yarada bilər”.
Uşaqlar çimərlik infeksiyalarına qarşı daha həssasdır
Həkim qeyd edib ki, çimərliklərdə uşaqlar üçün də risklər mövcuddur: “Uşaqlar dəniz və çimərlik infeksiyalarına qarşı daha həssas qrup hesab olunur. Bunun əsas səbəbi immun sistemlərinin tam formalaşmaması, su udma ehtimalının yüksək olması və gigiyena qaydalarına daha az riayət etmələridir. Uşaqlarda həmçinin dəri daha həssas olduğu üçün dəri infeksiyaları daha tez inkişaf edə bilər. Bəzi klinik və epidemioloji hallarda su ilə təmas tövsiyə edilmir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23

