Razılığa gəldilər...
03.06.2026 [09:30]
Tramp İsrail və “Hizbullah” arasında atəşkəslə bağlı razılaşmanın pozulmayacağına ümid edir
Son günlər İsrailin “Hizbullah”ın hərbi mövqelərini hədəfə almaq üçün Livana etdiyi hücumlar Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirib. Mayın 31-də İsrailin Baş naziri Netanyahu ölkəsinin Livandakı hərbi əməliyyatlarının genişləndiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, kampaniya daha uzun çəkə bilər, lakin məqsəd İsrailin şimal bölgələrində təhlükəsizliyi bərpa etməkdir. Mayın son günlərində isə İsrail Müdafiə Qüvvələrinin “Qolani” briqadasının bayrağı və İsrailin dövlət bayrağı Livanın cənubunda yerləşən Bofor qalası üzərində qaldırılıb. Bu barədə İsrailin müdafiə naziri İsrael Katsın bəyanatına istinadən “The Times of Israel” nəşri məlumat yayıb. Nazirin sözlərinə görə, 1982-ci ildə Bofor uğrunda döyüşün 44-cü ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində “Qolani” briqadasının hərbçiləri qalaya qayıdaraq burada yenidən İsrail və briqada bayraqlarını ucaldıblar. 1948-ci ildə yaradılmış “Qolani” briqadası İsrail ordusunun ən tanınmış piyada hərbi birləşmələrindən hesab olunur.
Bofor qalasında İsrail bayrağı ucaldılıb
Livanın cənubunda, Arnun kəndi yaxınlığında strateji yüksəklikdə yerləşən orta əsrlərə aid Bofor qalası uzun illər regionun mühüm hərbi məntəqələrindən biri olub. Qala müxtəlif dövrlərdə fələstinli silahlı qruplar tərəfindən istifadə edilib, 1982-ci ildə isə İsrailin Livana hərbi müdaxiləsi zamanı İsrail qüvvələrinin nəzarətinə keçib. İsrail ordusunun 2000-ci ildə Livanın cənubundan çıxmasına qədər Bofor ərazisi ölkənin yaratdığı təhlükəsizlik zonasının tərkibində olub.
Bundan əlavə, ötən bazar günü İsrail ordusu Livanın cənubunda 9 yaşayış məntəqəsinin sakinlərinə yeni təxliyə xəbərdarlığı edib. İsrail Ordusunun sözçüsü Avixay Adrai X sosial media hesabında paylaşdığı müraciətlərdə Məlix, Kəfrhuna, Əl-Aqibiyə, Əz-Zərariyə, Əl-Mərvaniyə, Snaybir, Ən-Nəccariyə, Əl-Ədusiyə (Sayda qəzası) və Xirbət Basl yaşayış məntəqələrinin sakinlərini evlərini tərk etməyə və açıq ərazilərə ən azı 1000 metr məsafədə yaxınlaşmamağa çağırıb.
Adrai bildirib ki, “Hizbullah” atəşkəs razılaşmasını pozaraq İsrailin daxili bölgələrini hədəfə alır və bu səbəbdən İsrail ordusu qruplaşmaya qarşı hərbi əməliyyatlar aparır. Məlumatlara görə, eyni vaxtda Cənubi Livanın Nəbatiyə qəzasının Breyqi kəndi İsrail aviasiyasının zərbələrinə məruz qalıb. İsrail ordusunun rəsmilərinin açıqlamasında Livanın cənubunda pilotsuz uçuş aparatının partlaması nəticəsində 1 hərbçinin həlak olduğunu, daha 3 nəfərin yaralandığını bildirib. Qeyd olunub ki, son iki həftə ərzində döyüşlər zamanı 137 zabit və əsgər yaralanıb, martın 2-dən etibarən “Hizbullah”la qarşıdurmalarda ölən hərbçilərin sayı 26 nəfərə çatıb.
Livan Prezidenti Cozef Aun isə ölkəsinə qarşı həyata keçirilən hərbi əməliyyatları “İsrailin şiddətli təcavüzü” adlandırıb. O, yaydığı bəyanatda Livanın ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyini qeyd edib və hökumətin vətəndaşların, xüsusilə də cənub bölgələrinin sakinlərinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb. Prezident, həmçinin dövlət quruculuğu və islahatlar prosesinin fasiləsiz davam etdiriləcəyini bildirib.
Tramp: İsrail Beyruta hücum etməyəcək
Məlumatlara görə, martın 2-dən başlayan İsrailin müdaxiləsi nəticəsində qurbanların sayı artmaqda davam edir. Livan mənbələrinin məlumatına əsasən, ölkədə həlak olanların sayı 3400 nəfəri ötüb, 10 mindən çox insan yaralanıb. Hərbi əməliyyatlardan sonra Livanın cənub bölgələrindən, Beyrutun cənub rayonlarından və Bəqaa vadisindən təxminən 1 milyon nəfər məcburi köçkün vəziyyətinə düşüb.
Onu da qeyd edək ki, İsrail rəsmiləri Livanın paytaxtı Beyrutda İsrail Müdafiə Qüvvələrinin (İMQ) əməliyyatlarını genişləndirmək üçün Vaşinqtonun razılığını almağa da çalışıblar. Bu barədə “The Jerusalem Post” qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, İsrailin yüksək vəzifəli rəsmiləri ABŞ administrasiyasının nümayəndələri ilə görüşlərdə İMQ-nin Beyruta qarşı əməliyyatlarının genişləndirilməsinə dəstək verilməsini xahiş ediblər. Mənbələr bildiriblər ki, İsrail tərəfi həm Vaşinqton-Tehran, həm də İsrail-Livan danışıqlarında irəliləyiş əldə olunmamasını nəzərə alaraq ABŞ-ın bu məsələdə müsbət mövqe tutacağına ümid edir.
Lakin onların ümidləri özünü doğrultmayıb. Çünki ABŞ Prezidenti Tramp İsrailin Baş naziri Netanyahu ilə telefon danışığında atəşkəsin tərəfdarı olduğunu bəyan edib. Ağ Evin rəhbəri “Truth Social” şəbəkəsində bildirib ki, İsrail və radikal “Hizbullah” hərəkatı hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər: “İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar danışığım oldu. Heç bir (İsrail - red.) qoşun Beyruta getməyəcək, geri dönəcəklər”. Onun sözlərinə görə, yüksək vəzifəli nümayəndələr vasitəsilə atəşkəsə razılıq verən “Hizbullah”la da danışıqlar aparıb.”İsrail onlara hücum etməyəcək, onlar İsrailə hücum etməyəcəklər”, - deyə ABŞ Prezidenti qeyd edib.
D.Tramp atəşkəsin qorunub saxlanılacağına ümid etdiyini bildirib: “Görək, nə qədər davam edəcək - ümid edirəm ki, bu, həmişəlik olacaq”.
Livan Prezidenti: Bizim başqa seçimimiz yoxdur
Benyamin Netanyahu da iyunun 1-də axşam ABŞ Prezidenti ilə apardığı telefon danışığı barədə “X” sosial şəbəkəsində yazıb: “Bu axşam Prezident Trampla danışdım və ona dedim ki, əgər “Hizbullah” şəhərlərimizə, vətəndaşlarımıza hücumu dayandırmasa, İsrail Beyrutun terrorçu hədəflərinə qarşı hücumları bərpa edəcək”. Onun sözlərinə görə, İsrailin bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalır və ölkənin Müdafiə Ordusu plana uyğun olaraq Livanın cənubunda fəaliyyətini davam etdirir.
Livan Prezidenti Cozef Aun isə bəyan edib ki, İsrail ordusunun hücumlarına baxmayaraq, sülh danışıqları davam etdiriləcək, çünki barışığa nail olmaq üçün başqa alternativ yol yoxdur: “Danışıqlar müharibədən daha təhlükəsizdir. Biz müharibənin fəlakətlərini və onun nəticələrini görmüşük və görməkdə davam edirik. Lakin danışıqlar problemi bir neçə dəqiqə ərzində həll etməyəcək, bu, zaman tələb edən bir yoldur və bizim başqa seçimimiz yoxdur”. Aun vurğulayıb ki, danışıqlarda iştirak etməyi kapitulyasiya və ya güzəşt hesab etmir, əksinə, bunu münaqişəni minimum zərərlə dayandırmağa imkan verən yeganə həll yolu kimi görür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23

