Təbiətə borcumuzu xatırladan gün
05.06.2026 [09:16]
Ətraf mühitin qorunması
bu günün və sabahın məsuliyyəti...
Bir zamanlar saf axan çayların, sıx meşələrin və təmiz havanın adi qəbul edildiyi dünyamızda bu gün iqlim dəyişiklikləri, hava çirklənməsi, su ehtiyatlarının azalması kimi problemlər var. Bu gün təbiətə vurulan hər bir zərər insan həyatının keyfiyyətinə, sağlamlığına və rifahına birbaşa təsir göstərir. Ətraf mühitin mühafizəsi yalnız ekoloqların və müvafiq qurumların deyil, bütün bəşəriyyətin qarşısında duran ən vacib vəzifələrdən birinə çevrilib.
Yeri gəlmişkən, bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilən əlamətdar gün bütün ekoloqlar və ekoloji təşkilatlar üçün qlobal diqqəti ekoloji problemlərə cəlb etmək üçün əsas vasitələrdən biridir. Bu, ekoloji təqvim 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmin günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və daha çox insanı planetin təbii həyat təminatı sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün tədbirlər görməyə təşviq etmək məqsədi daşıyır.
2050-ci ilə qədər quraqlıq dünyanın 75 faizindən çoxunu əhatə edə bilər
Təəssüf ki, Yer planetinin ekosistemləri uzun müddət istismar və məhv edilib. Dünya hər üç saniyədə bir futbol meydançası boyda meşə sahəsini itirir və planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı ötən əsrdə məhv olub. Ekosistem itkisi dünyanı meşələr və torf torpaqları kimi karbon yuvalarından məhrum edir. Qlobal istixana qazları emissiyaları son üç ildir ki, ardıcıl olaraq artıb və planet potensial fəlakətli iqlim dəyişikliyinin bir addımlığındadır.
Atmosferin temperaturu insanlar və təbiətin ona uyğunlaşa bilməyəcək qədər sürətlə yüksəlir, kiçilən yaşayış yerləri bir milyona yaxın növün itirilməsi ilə təhdid edilir. Biz isə havanı, torpağı və suyu çirkləndirməyə davam edirik. Bütün dünyada ekosistemlər təhlükə altındadır. Meşələrdən və quru ərazilərdən tutmuş əkin sahələrinə və göllərə qədər bəşəriyyətin asılı olduğu təbii məkanlar geri dönüşü olmayan nöqtəyə yaxındır. Planetin torpaqlarının 40 faizi deqradasiyaya uğrayıb və bu, dünya əhalisinin yarısına birbaşa təsir edir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29 faiz artıb. Təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizindən çoxunu əhatə edə bilər. Üstəlik, COVID-19-un ortaya çıxması ekosistem itkisinin nə qədər fəlakətli nəticələri ola biləcəyini göstərdi.
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü hər bir insan, həm də bütün dünya üçün bir hadisədir. 1972-ci ildə qeyd olunmağa başlayandan bəri bir çox ölkədə minlərlə insan ağac əkmək və vəhşi təbiət cinayətlərinə qarşı mübarizəyə qədər müxtəlif tədbirlər həyata keçirib. Bu illər ərzində müxtəlif ölkələrdən və sosial sektorlardan minlərlə insan ətraf mühitin qorunması üçün xüsusi tədbirlərdə iştirak edib. Həmin təqvim bu gün bizim hər birimizə planetimizin qayğısına qalmaq üçün məsuliyyət götürmək və dəyişikliklərə fəal töhfə vermək imkanı verir.
2,5 milyondan çox ağac əkilib
Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Nazirlik ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağacəkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür. Ətraf mühitin mühafizəsi tədbirlərində IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi də aktiv iştirak edir.
Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir.
2024-cü ildə ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihələr çərçivəsində yeni ağaclar əklib, yaşıllıqlar salınıb, milli
parklar yaradılıb. 2024-cü ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının - COP29-un Bakıda keçirilməsi ətraf mühit və iqlim dəyişmələri sahəsində yeni nümunəvi ekoloji platformanın əsasını qoyub.
Göründüyü kimi, ətraf mühitin qorunması insanın öz həyatını qoruması deməkdir. Təmiz hava nəfəs aldığımız, təmiz su içdiyimiz, münbit torpaq isə qidalandığımız həyat mənbəyidir. Bu sərvətlərin itirilməsi yalnız ekoloji deyil, həm də sosial və iqtisadi böhranlara yol aça bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

