/ / Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib
Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib
08.06.2026 [14:48]
Sıfır Tullantı Hərəkatı və həyata keçirilən layihələr sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib, 90 milyon ton tullantı yenidən dövriyyəyə qaytarılıb. 2017-ci ildə 13 faiz olan tullantıların təkrar emal göstəricisi 2025-ci ildə 37,53 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Sıfır Tullantı Forumunun qala şam yeməyində çıxış zamanı bildirib. O deyib: “500-dən çox tərəfdaşı bir araya gətirən Sıfır Tullantı Festivalını çox dəyərli hesab edirəm. Forumda 183 ölkədən iştirakçı var. 5 mindən artıq iştirakçının qatıldığı bu tədbir Türkiyənin ekoloji diplomatiya sahəsində çatdığı səviyyəni göstərir”.
Bildirilib ki, iqlim məsələsi müharibələr və qlobal pandemiyalar kimi bütün bəşəriyyəti təhdid edən ciddi problemdir. Hava, qida çirklənməsindən tullantıların idarə olunması və iqlim mənşəli problemlərə qədər bütün bu məsələlərin “kəpənək effekti” ilə bir-birinə təsir göstərdiyi danılmaz həqiqətdir. Bu təsirlər hər keçən gün daha çox hiss olunur. Milyardlarla illik Yer kürəsi tarixində iqlim hər dövrdə dəyişikliklərə məruz qalıb. Əsas məsələ bu dəyişikliklərin böhrana səbəb olmadan idarə edilməsidir.
Türkiyə Prezidenti qeyd edib ki, BMT hesabatına görə, hazırda dünyanın müxtəlif bölgələrində 43 milyon uşaq aclıqdan əziyyət çəkir. İstehsal olunan qidanın üçdə biri israf edilir. Tullantı problemi də qlobal miqyasda ciddi təhdid olaraq qarşımızda dayanır. Əminə xanım Ərdoğanın forumun açılışında bəhs etdiyi 1,6 milyon kvadratmetr sahəni əhatə edən “zibil qitəsi” problemi bunun qorxuducu nümunəsidir.
“İqlim böhranının təsirlərini minimum səviyyəyə endirmək üçün intensiv səylər göstəririk. Əminə Ərdoğanın təşəbbüsü ilə başladılan Sıfır Tullantı Hərəkatı qlobal ekoloji səfərbərliyə çevrilib”, - deyə Prezident Ərdoğan bildirib.
Xatırladaq ki, Azərbaycan forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32

