15 İyun Milli Qurtuluş Günü – Tariximizin Şanlı Səhifəsi
10.06.2026 [11:48]
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında, ölkədə sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynamışdır. Milli Qurtuluş Günü xalqımızın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış, Azərbaycanı parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas edən tarixi dönüş nöqtəsidir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, iqtisadi böhran dərinləşir, siyasi hakimiyyət uğrunda mübarizə isə ölkəni xaosa sürükləyirdi. Dövlət idarəçiliyində ciddi problemlər yaranmış, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Məhz bu hadisə ölkənin taleyində dönüş yaradaraq dövlətçiliyin xilası yolunda mühüm addım oldu. Sonralar həmin tarix Azərbaycan xalqının iradəsinə uyğun olaraq Milli Qurtuluş Günü elan edildi.
Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi sabitlik təmin edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutları möhkəmləndirildi. Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması, qanunçuluğun bərpası və dövlət quruculuğu prosesinin sürətlənməsi məhz həmin dövrdən başladı. Uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırıldı.
Milli Qurtuluşun bəhrələri sonrakı illərdə daha aydın şəkildə özünü göstərdi. Neft strategiyasının uğurla həyata keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması və güclü ordunun formalaşdırılması Azərbaycanın yüksəlişinə geniş imkanlar yaratdı. Bu siyasi kurs bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm nailiyyətlər qazanmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.
15 İyun – Milli Qurtuluş Günü yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə inamın rəmzidir. Bu gün Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik ideallarına sədaqətini nümayiş etdirən mühüm tarixi hadisə kimi qeyd olunur. Milli Qurtuluş Günü müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmlənməsinin və Azərbaycanın davamlı inkişaf yoluna çıxmasının simvoludur.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə şərəflə həyata keçirdiyi xilaskarlıq missiyası Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Bu tarixi missiya XX əsrin sonlarında xalqımızın Milli Qurtuluş salnaməsinə qızıl hərflərlə yazılmışdır.
Bu şanlı tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Milli Qurtuluş Günü xalqımızın öz xilaskar liderinə olan etimadının, milli birliyinin və dövlətçilik ənənələrinə sədaqətinin təntənəsidir. Azərbaycanın bugünkü uğurlarının təməlində məhz 15 iyun 1993-cü ildə başlanan qurtuluş yolu dayanır. Buna görə də 15 İyun tariximizin ən şərəfli və unudulmaz səhifələrindən biri kimi daim ehtiramla yad edilir.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11

