Bərabərsizliyin ağır nəticəsi
12.06.2026 [08:36]
Milyonlarla uşaq əmək istismarının qurbanıdır...
Uşaqlar cəmiyyətin ən dəyərli sərvəti, gələcəyin qurucuları və sabahın ümid mənbəyidir. Uşaqlıq isə insan həyatının ən qayğısız, rəngarəng və vacib inkişaf dövrüdür. Ancaq dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla uşaq yoxsulluq, sosial bərabərsizlik, silahlı münaqişələr və digər çətinliklərin qurbanı olur. Bu səbəbdən öz yaşlarına uyğun olmayan işlərdə çalışaraq həm fiziki, həm də psixoloji baxımdan ciddi risklərlə üz-üzə qalırlar.
Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaq əməyinin istismarı qadağandır. Buna baxmayaraq, dünyada elə ölkələr var ki, oradakı zavodlarda, fabriklərdə və fermer təsərrüfatlarında uşaq əməyindən istifadə edilir. Milyonlarla uşaq dünyanın bir çox ölkəsində xoşbəxt uşaqlığın nə olduğunu bilmir. Onlar ölkələrinin iqtisadiyyatı zəif olduğu üçün işləməyə məcburdurlar. Lakin dünyanın hər bir yerində uşaqlar öz enerjilərini fərdi bilik və bacarıqlarının artırılmasına yönəltməlidirlər. Əməyi istismar edilən uşaq gələcək arzu və istəklərindən məhrum olur.
Dəhşətli statistika...
Bu gün iqtisadiyyatı zəif olan və sosial baxımdan ehtiyacı artan ölkələrdə 250 milyondan çox azyaşlı uşaq işləyir. Beynəlxalq təşkilatların məlumatlarına görə, dünyada uşaq əməyinin istismarına Asiya ölkələrində 153 milyon, Afrikada 80 milyon, Cənubi Amerika ölkələrində isə 17 milyona qədər azyaşlı uşaq məruz qalır. Həmin uşaqlar dözülməz şəraitdə işlədilir və bir çox hallarda öz sağlamlıqlarını itirirlər. Əksər hallarda azyaşlılar hərbi konfliktlərə cəlb edilirlər.
İlk yeri bu ölkə tutur
Uşaq əməyinin istismarı hallarının 69 faizi kənd təsərrüfatı sahəsinin payına düşür. Uşaqlar bu sahədə əsasən tütün, pambıq, düyü və kakao yığımında istifadə olunurlar. Myanma uşaq əməyinin istismarına görə ilk yeri tutur.
Bundan başqa Hindistan, Braziliya, Banqladeş, Filippin, Nepal, Somali, Şimali Koreya, Şri-Lanka, Əfqanıstan da bu siyahıya daxildir.
Uşaqların 40 faizi təhsil ala bilmir...
Myanmada 7 yaşına çatmış hər üç uşaqdan biri işləyir. Bu uşaqlar çox ağır işlərdə çalışırlar. Yaxın günlərə qədər uşaq əməyi hərbi sahədə də istifadə edilirdi. Uşaqlar orduda təmizlik işləri və yük daşımaqla məşğul olurdular.
Yeri gəlmişkən, iyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.
Ölkəmizdə uğurlu sosial siyasətin prioritetlərindən biri kimi, uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” konvensiyaları əsasında təkmilləşdirilib.
Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25

