YAP Zəngilan rayon təşkilatında Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib
17.06.2026 [16:15]
İyunun 17-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Zəngilan Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru Ceyran Abbasova və digərləri 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə səhiyyə işçilərini təbrik edərək, onların cəmiyyətin sağlamlığının qorunmasında oynadıqları mühüm rolu xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin rəhbərliyi dövründə səhiyyə sisteminin möhkəmləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyə infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, bu siyasət bu gün də uğurla davam etdirilir və ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, müasir xəstəxanalar və tibb müəssisələri tikilərək vətəndaşların istifadəsinə verilir. Əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması, səhiyyə infrastrukturunun yenilənməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən sosial və humanitar layihələrin ölkə səhiyyəsinin inkişafına mühüm töhfələr verdiyi qeyd edilib.
Natiqlər tibb işçilərinin pandemiya dövründə və digər çətin mərhələlərdə göstərdikləri fədakarlığı yüksək qiymətləndirərək, onların peşəkarlığının və insan sağlamlığına xidmət missiyasının cəmiyyət tərəfindən hər zaman böyük ehtiramla qarşılandığını bildiriblər.
Sonda səhiyyə sahəsində çalışan bütün əməkdaşlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni uğurlar arzulanıb, onların ölkəmizin inkişafı və xalqımızın sağlamlığının qorunması naminə bundan sonra da əzmlə çalışacaqlarına əminlik ifadə olunub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Azərbaycanda tibb sahəsinin inkişafındakı xidmətlərinə dair videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində bir sıra tibb işçiləri səmərəli fəaliyyətlərinə görə YAP Zəngilan rayon təşkilatının, Zəngilan Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsinin və Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının fəxri fərmanları ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxElm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59

