Qəti və dönməz sülhün formulu
06.07.2026 [12:55]
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata birgə bəyanatı Cənubi Qafqaz regionunun gələcək geosiyasi mənzərəsini müəyyən edən tarixi prinsipləri özündə əks etdirir. Otuz ilə yaxın davam edən işğal dövründən sonra Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü həm hərbi, həm də siyasi vasitələrlə bərpa etməsi regionda tamamilə yeni reallıqlar yaradıb. Bu gün rəsmi Bakı postmünaqişə dövründə regionun lider dövləti olaraq sadəcə bəyanatlarla kifayətlənmir, həm də sülhün praktiki mexanizmlərini tətbiq edir.
Dövlət başçısının vurğuladığı ən mühüm məqamlardan biri Azərbaycanın öz ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırmasıdır. İqtisadi və nəqliyyat blokadasının aradan qaldırılması istiqamətində atılan bu addım Bakının regionda dayanıqlı inteqrasiyaya tərəfdar olduğunu əyani şəkildə nümayiş etdirir. İşğal faktoru səbəbindən vaxtilə tətbiq edilən qadağaların ləğvi Azərbaycanın humanitar və iqtisadi platformada sülhə sadiqliyinin göstəricisidir. Üstəlik, Ermənistana benzin və dizel kimi strateji yanacaq məhsullarının təchiz edilməsinə başlanılması regionda iqtisadi asılılığın müsbət kontekstdə qurulmasına, etimad mühitinin güclənməsinə xidmət edir.
Müasir dünyada baş verən qlobal dəyişikliklər fonunda Cənubi Qafqazın geosiyasi əhəmiyyəti heç zaman olmadığı qədər artıb. Belə bir həssas dönəmdə Azərbaycanın nümayiş etdirdiyi konstruktiv mövqe sülhün artıq mücərrəd bir anlayış deyil, real və hiss olunan bir məfhum olduğunu sübut edir. Otuz illik dağıntılara, itkilərə və ədalətsizliyə baxmayaraq, Azərbaycanın Ermənistana sülh müqaviləsi təklif etməsi xalqımızın sülh şəraitində birgəyaşayış prinsiplərinə sadiqliyini ortaya qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh artıq regionda mövcud olan bir reallıqdır.
Lakin əldə olunmuş bu ilkin nailiyyətləri qorumaq və sülhü əbədi etmək üçün bütün tərəflərin, xüsusilə regional və beynəlxalq aktorların səmimi səylərinə ehtiyac var. Avropa Komissiyasının bu prosesə verdiyi dəstək Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Avropa İttifaqı ilə tərəfdaşlıq regionda nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinə, enerji təhlükəsizliyinin təmin olunmasına və uzunmüddətli sabitliyin bərqərar olmasına əlavə təkan verir.
Nəticə etibarilə, Azərbaycanın təşəbbüsləri regionda qəti və dönməz sülhün formulasını formalaşdırır. Ermənistanın bu addımlara adekvat cavab verməsi, revanşist meyillərdən uzaqlaşaraq yeni iqtisadi və siyasi reallıqları qəbul etməsi bütün tərəflərin rifahına xidmət edəcəkdir. Azərbaycan postmünaqişə dövrünün gündəliyini diktə etməklə yanaşı, həm də Cənubi Qafqazı müharibə ocağından sabitlik və tərəqqi məkanına çevirmək missiyasını uğurla icra edir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18

