/ / Bu gün Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycanın payına düşür
Bu gün Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycanın payına düşür
07.07.2026 [11:47]
2026-cı il iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin səsləndirdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında yeni siyasi mərhələnin əsasını qoydu. Bu görüş yalnız ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından deyil, həm də Avrasiyanın enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutları və Cənubi Qafqazda davamlı sülhün formalaşdırılması istiqamətində mühüm geosiyasi mesajlarla yadda qaldı.
Prezident İlham Əliyev çıxışında diqqəti ilk növbədə Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin son aylarda Azərbaycana ardıcıl səfərlərinə yönəltdi. Cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya gəlməsi Brüsselin Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Bu dinamika onu göstərir ki, müəyyən Avropa institutlarında ölkəmizə qarşı müşahidə olunan qərəzli yanaşmalara baxmayaraq, Avropa İttifaqının əsas icra strukturları Azərbaycanla praqmatik və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq xəttini üstün tutur. Bu yanaşma Azərbaycanın 2020-ci ildən sonra regionda formalaşdırdığı yeni geosiyasi reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
Azərbaycanın Avropa üçün əhəmiyyəti yalnız siyasi deyil, iqtisadi göstəricilərlə də təsdiqlənir. Bu gün Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycanın payına düşür. Eyni zamanda ölkəmizin xarici ticarət əlaqələrinin mühüm hissəsi də Avropa İttifaqı üzv dövlətləri ilə həyata keçirilir. Bu fakt Azərbaycanın regionun aparıcı iqtisadi gücü statusunu daha da möhkəmləndirdiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında enerji təhlükəsizliyi məsələsi xüsusi yer tutdu. Dövlət başçısı vurğuladı ki, müasir dünyada enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış memorandumdan sonra Avropaya təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması, hazırda isə on Avropa ölkəsinin Azərbaycan qazı ilə təmin olunması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib.
Bununla yanaşı, Azərbaycanın enerji strategiyası artıq yalnız neft və qazla məhdudlaşmır. Prezident İlham Əliyev növbəti illərdə xarici və yerli investisiyalar hesabına ölkədə ümumilikdə 8 giqavat həcmində günəş, külək və su elektrik enerjisi istehsalının planlaşdırıldığını bildirdi. Dövlət başçısı bu rəqəmin yalnız hazırda imzalanmış müqavilələri əhatə etdiyini, gələcəkdə isə daha böyük layihələrin həyata keçiriləcəyini qeyd etdi. Bu yanaşma Azərbaycanın Avropanın yaşıl enerji gündəliyində əsas tərəfdaşlardan birinə çevrilmək niyyətini açıq şəkildə nümayiş etdirir.
Çıxış zamanı nəqliyyat və logistika imkanları da geniş şəkildə dəyərləndirildi. Prezident İlham Əliyev Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın müasir liman, dəmir yolu və digər infrastruktur layihələrinin davamlı şəkildə genişləndirildiyini bildirdi. Dünyada təhlükəsiz tranzit marşrutlarının əhəmiyyətinin artdığı indiki şəraitdə Azərbaycan sabitlik, etibarlılıq və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanan nəqliyyat mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirib.
Görüşün ən mühüm istiqamətlərindən biri Ermənistanla normallaşma və sülh prosesi oldu. Prezident İlham Əliyev bildirdi ki, ötən il Vaşinqtonda əldə olunmuş razılaşmalar və sülh sazişi mətninin paraflanması regionda faktiki olaraq yeni siyasi reallıq formalaşdırıb. Azərbaycan bu prosesin yalnız siyasi bəyanatlarla deyil, real addımlarla möhkəmləndirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir.
Bu baxımdan ölkəmizin Ermənistana münasibətdə həyata keçirdiyi humanitar və iqtisadi təşəbbüslər xüsusi diqqət çəkir. Uzun illər qüvvədə olmuş nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycan ərazisindən Ermənistana yüklərin maneəsiz daşınmasına imkan yaradılması, eləcə də bu ölkənin neft məhsulları ilə təmin edilməsinə başlanılması Azərbaycanın regionda davamlı sülh və qarşılıqlı etimadın formalaşmasına verdiyi töhfənin real ifadəsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan artıq sülhün praktik nəticələrinin hiss olunmasına çalışır və regionun gələcəyini əməkdaşlıq müstəvisində görür.
Bu siyasət qalib dövlətin üstünlüyünü nümayiş etdirmək məqsədi daşımır. Əksinə, məqsəd Cənubi Qafqazda uzunmüddətli sabitlik, iqtisadi inteqrasiya və ümumi rifah mühitinin yaradılmasıdır. Otuz il ərzində işğaldan əziyyət çəkmiş Azərbaycanın bu gün regionda iqtisadi əməkdaşlığa üstünlük verməsi Prezident İlham Əliyevin uzaqgörən siyasi yanaşmasının və sülh strategiyasının bariz nümunəsidir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də öz çıxışında bu yanaşmanı yüksək qiymətləndirərək Avropa İttifaqının regionda sülh prosesini tam dəstəklədiyini bəyan etdi. O vurğuladı ki, məqsəd yalnız imzalanmış sənədlərlə kifayətlənmək deyil, nəqliyyat, enerji və iqtisadi bağlantılar vasitəsilə sülhü gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir.
Bu məqsədlə Avropa İttifaqının "Qlobal Qapılar" investisiya proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələri üçün 200 milyon avro həcmində qrant ayrılması, gələcəkdə isə bu investisiyaların 2 milyard avroya qədər artırılması perspektivi açıqlanıb. Naxçıvan istiqamətində dəmir yolu bağlantılarının inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və digər strateji layihələr Avropa İttifaqının maraq dairəsində olan əsas istiqamətlər kimi göstərildi. Bundan əlavə, regionda sülhün möhkəmləndirilməsi məqsədilə ayrıca maliyyə proqramının həyata keçirilməsi də nəzərdə tutulur.
Ursula fon der Lyayen çıxışında Cənubi Qafqazın Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən mühüm geostrateji məkana çevrildiyini vurğulayaraq Azərbaycanın bu coğrafiyada xüsusi mövqeyə malik olduğunu bildirdi. Onun fikrincə, ölkəmiz əlverişli coğrafi mövqeyini artan iqtisadi imkanları və siyasi nüfuzu ilə uğurla uzlaşdıraraq regionun aparıcı aktoruna çevrilib. Məhz bu səbəbdən Avropa İttifaqı Azərbaycanla yeni Bağlantı Tərəfdaşlığının yaradılmasını təklif edir.
Azərbaycan artıq yalnız Cənubi Qafqaz çərçivəsində qiymətləndirilən dövlət deyil. Ölkəmiz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən geniş geosiyasi və geoiqtisadi məkanın əsas əlaqələndirici mərkəzlərindən birinə çevrilməkdədir. Bakı görüşü həm Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə yüksəldiyini, həm də regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm siyasi iradənin formalaşdığını bir daha nümayiş etdirdi.
Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35

