Milli Süni İntellekt Mərkəzi “DataRace.ai” platformasında ilk yarışı elan edib
07.07.2026 [16:00]
“AZCON Holding” şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) tərəfindən yaradılan “DataRace.ai” platformasında “Apar Ride” ilə əməkdaşlıq çərçivəsində ilk yarış elan olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, MSİM-in bu təşəbbüsü “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın “Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi” istiqaməti çərçivəsində həyata keçirilir və platformada ümumilikdə 10 yarışın keçirilməsi nəzərdə tutulur. Bu il iyulun 23-dək davam edəcək ilk yarış informasiya texnologiyaları, data və süni intellekt sahəsində təhsil alan, çalışan, eləcə də bu istiqamətdə bacarıqlarını real biznes problemi üzərində sınamaq istəyən hər kəs üçün açıqdır. Yarışın ümumi mükafat fondu 6000 AZN təşkil edir.
“DataRace.ai” platformasının əsas məqsədi süni intellekt və data sahəsində istedadlara real sektorun çağırışları üzərində işləmək imkanı yaratmaqdır. Platforma iştirakçılara nəzəri biliklərini praktikada sınamaq, modellərini real məlumatlar əsasında inkişaf etdirmək və texnoloji həllərini biznes ehtiyaclarına uyğun formalaşdırmaq imkanı verir.
İlk yarış “İstifadəçi rəylərinin təsnifatı” mövzusunda keçirilir. Yarış çərçivəsində iştirakçılar “Apar” platformasında istifadəçilərin gediş sonunda yazdıqları çoxdilli rəyləri avtomatik şəkildə müvafiq şöbələr üzrə yönləndirə bilən təsnifat modelləri hazırlayacaqlar. Hazırlanacaq model istifadəçi müraciətlərinin operativ təhlilinə, problemlərin daha tez müəyyənləşdirilməsinə və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcək. Eyni zamanda, “Apar”ın mikromobillik xidməti olduğunu nəzərə alaraq bu həllin şəhər nəqliyyatının daha rahat və dayanıqlı inkişafına da müsbət təsir göstərəcəyi gözlənilir.
Yarış müddətində iştirakçılar platformaya daxil olaraq öz həllərini təqdim edə, qiymətləndirmə göstəriciləri üzrə nəticələrini izləyə və modellərini təkmilləşdirə bilərlər. Yarışa qoşulmaq üçün keçid.
Yarış müddəti başa çatdıqdan sonra ən yaxşı nəticə göstərmiş iştirakçıların həlləri MSİM-in süni intellekt mühəndisləri tərəfindən nəzərdən keçiriləcək və yarış qaydalarına uyğun yoxlanılacaq. Bütün mərhələlərdən uğurla keçən ən yaxşı 3 həllin sahibi qalib elan olunacaq və qaliblər geniş ictimaiyyətə açıqlanacaq.
Mükafat fondu aşağıdakı kimidir:
1-ci yer: 3000 AZN və 1 illik “Apar” abunəliyi;
2-ci yer: 2000 AZN və 3 aylıq “Apar” abunəliyi;
3-cü yer: 1000 AZN və 3 aylıq “Apar” abunəliyi.
MSİM süni intellekt sahəsində yerli istedadların inkişafını dəstəkləyən bu kimi təşəbbüsləri davam etdirməyi, real sektorla əməkdaşlıqları genişləndirməyi və Azərbaycanda praktiki süni intellekt bacarıqlarının formalaşmasına töhfə verməyi hədəfləyir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

