Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fridrix Merts: Türkiyə Almaniya və NATO üçün önəmli tərəfdaş və müttəfiqdir

Fridrix Merts: Türkiyə Almaniya və NATO üçün önəmli tərəfdaş və müttəfiqdir

08.07.2026 [18:25]

Türkiyə Almaniya və NATO üçün önəmli bir tərəfdaş və müttəfiqdir.

AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts NATO-nun Ankarada keçirilən Sammiti ilə əlaqədar X hesabındakı paylaşımında bildirib.

O, Ankarada göstərilən yüksək qonaqpərvərliyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Qeyd edək ki, Kansler Ankaraya yola düşməzdən əvvəl media nümayəndələrinə açıqlamasında NATO-nun Ankarada güc və birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Almaniyanın bu Sammitə ciddi hazırlaşdığını bildirən Fridrix Merts deyib: "Arzum budur ki, birlikdə "Ankara ruhu"nu formalaşdıra bilək. Bu Sammitdən veriləcək əsas mesaj belə olmalıdır: NATO-nun transatlantik xarakterini qoruyub saxlaması üçün biz daha güclü Avropa dayaqlarına malik NATO qururuq”.

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31