İki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaradır
15.07.2026 [18:43]
Məlumdur ki, ölkəmizlə Slovakiya arasında münasibətlər son illər qarşılıqlı hörmətə, etimada və praqmatik əməkdaşlığa əsaslanan məzmun qazanıb.
Yeri gəlmişkən, qeyd edək ki, Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata bəyanatları bir daha göstərdi ki, iki ölkə arasında siyasi dialoq yeni mərhələyə qədəm qoyur. Bu münasibətlərin əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq yalnız diplomatik təmaslarla məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, humanitar və regional məsələlər üzrə ortaq maraqlara söykənir.
Xüsusilə qeyd etmək lazımdır ki, Şuşada keçirilən görüşün özü xüsusi siyasi məna daşıyır. Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də mühüm beynəlxalq təmasların həyata keçirildiyi nüfuzlu platformaya çevrilib. Dost və tərəfdaş ölkələrin dövlət başçılarının məhz bu şəhərdə qəbul edilməsi Azərbaycanın azad olunmuş ərazilərdə yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbulunun növbəti ifadəsidir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq prinsipinə sadiq qaldığını bir daha nümayiş etdirib. Slovakiya ilə münasibətlərin inkişafına verilən önəm də məhz bu siyasətin tərkib hissəsidir. Qarşılıqlı səfərlərin intensivləşməsi, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi və konkret layihələrin həyata keçirilməsi iki ölkənin əməkdaşlığının uzunmüddətli perspektivə hesablandığını göstərir. Beynəlxalq münasibətlər sistemində mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir dövrdə etimada əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz bu baxımdan qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu əməkdaşlıq modelini uğurla həyata keçirən dövlət kimi diqqət çəkir. Slovakiya ilə münasibətlərin inkişafı da məhz qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır ki, bu da əlaqələrin davamlılığını təmin edən əsas amillərdəndir.
Ən əsası, Şuşadan verilən mesajlar onu da göstərdi ki, Ölkəmiz beynəlxalq əməkdaşlığın genişləndirilməsində açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün əlverişli imkanlar təqdim edir və bu imkanlardan qarşılıqlı fayda əsasında istifadə olunması hər iki tərəfin maraqlarına cavab verir. Bugünkü reallıq göstərir ki, Azərbaycan - Slovakiya münasibətləri artıq yeni keyfiyyət mərhələsinə yüksəlir. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və əməkdaşlığın konkret nəticələrə yönəlməsi iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Şuşada keçirilən görüş isə bu strateji tərəfdaşlığın inkişaf tarixində mühüm mərhələ kimi qiymətləndirilməlidir!
Ceyhun İsgəndərov,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

