Azərbaycanın qətiyyətli mövqeyi: İnsan hüquqları ümumbəşəri məsələdir
17.07.2026 [11:10]
Azərbaycanın böyük məsuliyyətlə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər adətən qlobal gündəliyin ən aktual məsələlərinin müzakirələri ilə yadda qalır. Bu baxımdan, yenicə başa çatan IV Şuşa Qlobal Media Forumu da istisnalıq təşkil etməyib. Forumun açılış tədbirində sualları cavablandıran Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə bir sıra zəruri mesajlar ünvanlayıb, həmçinin dünyada yaranan çağırışlara Azərbaycanın yanaşmalarını ortaya qoyub. Dövlətimizin başçısı forumda, həmçinin dünyada insan hüquqları məsələsinə xüsusi diqqət çəkib.
Fərqli dövlətlərin fərqli yanaşmaları - Azərbaycan da ədalətsizliyə tuş gəlib
Prezident İlham Əliyevin forumda bəhs olunan mövzuda geniş şərh verməsi təsadüfi deyil. Əslində, insan hüquqları dünyada vahid hüquqi baza və müvafiq beynəlxalq konvensiyalara uyğun tənzimlənməlidir. Məntiqlə başqa yanaşma mümkün də deyil. Ancaq biz reallıqda başqa mənzərənin şahidi oluruq. Bəzi ölkələr və ayrı-ayrı beynəlxalq təşkilatlar insan hüquqları məsələsini milli dövlətlərə qarşı təzyiq alətinə çeviriblər. Bu sahədə də ikili standartların mövcud olması dərin təəssüf hissi doğurur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan da zaman-zaman belə ədalətsiz yanaşmalara tuş gəlir. Xüsusilə də artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində Fransa kimi ölkələr, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qurumlar bizə əsassız yerə təzyiqlər göstərməyə çalışırdılar. İşğalın ilk illərində Azərbaycanın təxminən bir milyon vətəndaşı doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldılar. Onlar humanitar fəlakətlə üzləşmişdilər-çadırlarda, vaqonlarda, uyğunlaşdırılmış yarımçıq tikililərdə yaşamaq məcburiyyətində idilər. Demokratiyanı, bərabərliyi, insan haqlarını əsas devizi seçən Fransa və bu ölkənin Senatı, Milli Assambleyası isə azərbaycanlıların üzləşdiyi bu ağır vəziyyəti görməzdən gəlirdilər. Əksinə, Yelisey Sarayı işğalçılara, separatçı quruma davamlı dəstək göstərirdi. Fransadan olan siyasətçilər, parlamentarilər Azərbaycanın işğal altına düşmüş ərazilərini bir növ su yoluna çevirmişdilər, qaranlıq məqsədlər güdən get-gəlin arası kəsilmirdi.
İkinci Qarabağ müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra isə vəziyyət dəyişdi. İndi Fransa siyasətçiləri və parlamentariləri, həmçinin AŞPA-nın bir sıra deputatları Azərbaycanı erməni əhalini Qarabağı tərk etmələrinə görə qınayırlar. Guya burada ermənilərin hansısa hüquqları pozulub. Halbuki antiterror əməliyyatından sonra ermənilər Qarabağı könüllü şəkildə tərk etmişlər və onlara qarşı Azərbaycan tərəfindən hansısa bir təzyiq göstərilməmişdir. Sual olunur: İndi ermənilərin təəssübünü çəkən dairələr nə üçün zamanında Ermənistan mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törədəndə ağızlarına su alıb susurdular? Budurmu ədalət, budurmu Avropa demokratiyası, budurmu insan hüquqlarının təssübünü çəkmək? “Bilirsiniz, biz Avropa Şurasına qəbul olunarkən mən Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim və Strasburqa gəlmişdim. Nümayəndə heyətimizin Avropa Şurası rəhbərliyindən eşitdiyi ilk fikirlərdən biri bu idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz. Biz yaxşı tələbələr idik və bunu öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini qaldıranda, onlar ittiham olunurlar. Təkcə onlar deyil, hətta Azərbaycan Hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz belə etmirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyə qarşı mübarizəni qlobal gündəliyə çıxaran ən səmərəli qeyri-hökumət təşkilatıdır
Müstəmləkəçilk keçmişin ən eybəcər qalığıdır. Mütərəqqi dünya XXI əsrdə insan hüquqları ilə kəskin ziddiyyət təşkil edən müstəmləkəçiliyi qətiyyətlə rədd edir və ona birmənalı şəkildə “yox” deyir. Ancaq Fransa kimi ölkələr özlərinin müstəmləkə keçmişlərindən əl çəkmək istəmirlər. Bu ölkənin təxminən 500 illik müstəmləkəçilik tarixi var. Ancaq Yelisey Sarayı əsrlər boyunca Afrikada, okeaniyada ayrı-ayrı əraziləri öz nəzarəti altında saxlasa da, yerli xalqların mənafeyi naminə hansısa bir addım atmayıb. Əksinə, sərvətlər talanıb, yerli xalqların milli kimliyinə açıq-aşkar təcavüz olunub. O cümlədən Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə ekologiya, insanların sağlamlığı ilə bağlı ciddi problemlər yaranıb. Fransa bir qayda olaraq nüvə sınaqlarını özünün Poleneziya kimi müstəmləkə ərazilərində keçirib və bu sınaqların mənfi təsirləri hələ də özünü qabarıq şəkildə göstərir.
Rəsmi Paris bu gün müstəmləkəçilik siyasətini yeni formada, o cümlədən də iqtisadi təzyiq vasitəsi ilə davam etdirməyə çalışır. Müstəmləkə xalqları isə artıq bununla barışmaq istəmirlər. Buna görə də getdikcə daha çox müstəmləkə ölkələrində “Rədd ol, Fransa!” şüarları daha ucadan eşidilir. Rəsmi Paris isə ən çirkin vasitələrə əl atmaqla azadlıq mübarizəsinə başlayan xalqların səsini boğmağa çalışır.
Azərbaycan xalqı da müstəmləkə əsarətinin nə demək olduğunu yaxşı bilir. Çünki biz də onilliklər boyunca müstəmləkə şəraitində yaşamışıq. Adımız respublika olsa da, hüquqlarımız məhdud idi. Bizim də zəngin sərvətlərimiz talanıb. Bunun əvəzində isə xalqımıza qarşı ayrı-seçkilik edilib. Keçmiş sovet rejimi dönəmində mərkəzi hakimiyyətin qərarı ilə azərbaycanlıların indiki Ermənistan ərazisindən bir neçə dəfə deportasiyaya məruz qalmaları bunun əyani təsdiqidir. Onu da xatırladaq ki, zamanında keçmiş ittifaqın ehtiyaclarının qarşılanması üçün milyardlarla ton neft verən Azərbaycan müstəqillik qazandıqda təbii qazsız və elektriksiz qalmışdı. Buna görə də müstəqil Azərbaycan tarixdə baş verənlərdən dərs çıxardaraq dünyada insan haqlarıının pozulması, müstəmləkəçiliyin müxtəlif təzahurləri ilə barışmır və gələcəkdə də barışmayacaq.
Bu mənada, Bakı Təşəbbüs Qrupu (BTQ) bir növ Azərbaycanın səsidir. BTQ 2023-cü il iyulun 6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” beynəlxalq konfransda tədbir iştirakçılarının yekdil qərarı ilə təsis edilib. BTQ ötən 3 il ərzində dünyanın siyasi gündəmində demək olar ki, unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib. Fəaliyyət göstərdiyi üç il ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan 10-u BMT-nin müxtəlif qərargahlarında keçirilib. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, 10 əməkdaşlıq memorandumu imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurulub.
Ən böyük uğurlar sırasında paytaxtımızda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin - FID (fransızca: Front international de decolonisation) təsis edilməsini göstərmək olar. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsis qurultayında Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib regionu, Antil adaları qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak ediblər. Vahid cəbhənin yaradılması kolonizə edilmiş xalqların səylərinin birləşdirilməsi, həmrəyliyin gücləndirilməsi və birgə mübarizə aparması istiqamətində mühüm addımlardan biri kimi yadda qalıb.
2024-cü il oktyabrın 22-də BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində BTQ tərəfindən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı hesabat Komitəyə təqdim edilib. Sözügedən hesabatda təqdim edilmiş faktlara (insan hüquqların pozulması halları) əsasən BMT-nin İnsan Hüquqları Komitəsi Fransadan 2024-cü ilin may ayında Kanakidə - Yeni Kaledoniyada baş vermiş hadisələrə dair hesabat tələb edib. Nəticədə, müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin uğurlu fəaliyyəti sayəsində, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır. BTQ-nin uğurlu fəaliyyətini dəyərləndirən Prezident İlham Əliyev “İnsan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir. Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır”, - deyə vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

