/ / Fransada dövlət maliyyəsinin bərpası üçün 2031-ci ilədək 200 milyard avroluq büdcə tədbirlərinə ehtiyac var
Fransada dövlət maliyyəsinin bərpası üçün 2031-ci ilədək 200 milyard avroluq büdcə tədbirlərinə ehtiyac var
17.07.2026 [22:46]
Fransa 2031-ci ilə qədər dövlət maliyyəsini sabitləşdirmək üçün təxminən 200 milyard avro həcmində büdcə tədbirləri həyata keçirməlidir. Bu qənaət Fransanın Strategiya və Plan üzrə Ali Komissarlığının (HCSP) dərc etdiyi analitik hesabatda yer alıb.
AZƏRTAC xəbər verir ki, sənədə görə, müdafiə və iqlim keçidi ilə bağlı öhdəliklər nəzərə alınmasa belə, dövlət maliyyəsində ciddi nəzarətsiz artımın qarşısını almaq üçün 2025-ci ilin sabit qiymətləri ilə 140 milyard avroluq fiskal düzəliş tələb olunur. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) təxminən 4,4 faizinə bərabərdir.
HCSP hesab edir ki, 2031-ci ilə qədər dövlət büdcəsində borc faizləri və iqtisadi dövrün təsirləri nəzərə alınmadan ÜDM-in 1,8 faizi həcmində ilkin struktur profisitə nail olunmalıdır. Lakin müdafiə və iqlim siyasəti üzrə planlaşdırılan əlavə xərclər də nəzərə alındıqda, tələb olunan ümumi büdcə səyi ÜDM-in 6,4 faizinə, yəni təxminən 200 milyard avroya yüksəlir.
Hesabatda qeyd olunur ki, təhsil, elmi tədqiqatlar və sosial həmrəylik sahələrinə əlavə investisiyalar ayrılacağı təqdirdə bu məbləğ daha da arta bilər.
HCSP-nin "Fransa 2035, Fransa 2050" adlı uzunmüddətli proqnozlarına əsasən, mövcud siyasət dəyişməz qalarsa, dövlət borcu 2035-ci ildə ÜDM-in təxminən 140 faizinə, 2050-ci ildə isə 186 faizinə yüksələ bilər. Ali komissar Kleman Bon bu göstəriciləri son dərəcə yüksək və ciddi narahatlıq doğuran rəqəmlər kimi qiymətləndirib.
Proqnozlarda əhalinin yaşlanması, sosial ödənişlərin artması, hərbi öhdəliklər, ekoloji keçid, iqlim dəyişikliklərinin təsirləri və dövlət borcuna xidmət xərclərinin yüksəlməsi nəzərə alınıb. Hesabata görə, faiz ödənişlərinin artması gələcəkdə dövlət büdcəsinin imkanlarını daha da məhdudlaşdıracaq.
HCSP hesab edir ki, dövlət maliyyəsini bərpa etmək üçün təkcə bir tədbir kifayət etməyəcək. Qurum üç əsas istiqamətin paralel şəkildə həyata keçirilməsini tövsiyə edir: dövlət xərclərinin nəzarət altında saxlanılması, məcburi vergi və ödənişlərin artırılması, məşğulluğu, əmək məhsuldarlığını və iqtisadi fəallığı artıracaq struktur islahatların həyata keçirilməsi.
Bununla yanaşı, hesabat müəllifləri xəbərdarlıq edirlər ki, həddindən artıq sürətli və genişmiqyaslı büdcə konsolidasiyası iqtisadi artıma və sosial sabitliyə mənfi təsir göstərə bilər.
Qiymətləndirmələrə görə, əgər maliyyə sabitliyi yalnız xərclərin azaldılması və ya yalnız vergi gəlirlərinin artırılması hesabına təmin edilməyə çalışılarsa, 2031-ci ilə qədər ÜDM-də 2–2,5 faiz azalma baş verə bilər.
HCSP, həmçinin dövlət maliyyəsinin çoxillik planlaşdırılmasının gücləndirilməsinə çağırır. Qurum hesab edir ki, dövlət maliyyəsi üzrə proqram qanunları, Fransanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklər və müdafiə, elmi tədqiqat kimi sahələr üzrə proqramlar arasında koordinasiya kifayət qədər effektiv deyil. Bu səbəbdən parlamentin büdcə siyasətində rolunun artırılması və uzunmüddətli planlaşdırmanın təkmilləşdirilməsi tövsiyə olunur.
Hesabat hökumətin 2027-ci il dövlət büdcəsi üzərində işləri sürətləndirdiyi dövrdə açıqlanıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

