/ / Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib
20.07.2026 [10:56]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa etdiyi, mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, inkişaf və milli həmrəylik arzularının təcəssümü idi. Bu mühüm addımın davamı olaraq, 1993-cü ilin iyul ayında YAP Xəzər rayon təşkilatının təsis konfransı keçirilmiş və bununla da təşkilat rəsmi fəaliyyətə başlamışdır. O qeyd edib ki, 33 il ərzində YAP Xəzər rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirmiş, ölkədə həyata keçirilən siyasi kursun rayon səviyyəsində dəstəklənməsi və təbliği istiqamətində mühüm rol oynamışdır.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, 33 il ərzində YAP Xəzər rayon təşkilatı müxtəlif ictimai təşəbbüslərin həyata keçirilməsində, gənclərin və qadınların ictimai fəallığının artırılmasında, şəhid ailələri və qazilərlə bağlı sosial layihələrin reallaşdırılmasında, ətraf mühitin mühafizəsi və vətəndaş cəmiyyətinin inkişafı kimi sahələrdə mühüm işlər görmüşdür. O vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların təbliği istiqamətində də ardıcıl və sistemli fəaliyyət göstərir.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov və YAP İdarə Heyətinin üzvü Rauf Əliyev çıxış edərək YAP Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə partiya üzvlərini təbrik ediblər. Həmçinin, natiqlər çıxışlarında bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları, siyasi iradəsi və uzaqgörən qərarları nəticəsində formalaşan Yeni Azərbaycan Partiyası bu günə qədər şərəfli və zəngin inkişaf yolu keçmişdir. Qeyd olunub ki, ölkəmizin ən güclü və ən mütəşəkkil siyasi qüvvəsi kimi tanınan YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edərək dövlətçilik ənənələrinin qorunmasına və möhkəmləndirilməsinə töhfə verir. Bu gün həmin milli maraqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə təmin olunur. Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlər və mühüm uğurlar dövlət başçısının dəqiq planlaşdırılmış və mərhələli şəkildə həyata keçirdiyi strateji addımların, eləcə də onun hərbi-siyasi uzaqgörənliyinin real nəticəsidir.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə fəxri fərmanlar təqdim edilib.
Təltifetmə mərasimindən sonra tədbirin bədii hissəsinə keçid edilərək respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19

