YAP İmişli rayon təşkilatında “Uğur hekayələri” adlı tədbir keçirilib
21.07.2026 [15:47]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında gənclərin şəxsi inkişafına, onların həyat təcrübəsinin zənginləşdirilməsinə və cəmiyyətdə fəal mövqe tutmalarına dəstək məqsədilə “Uğur hekayələri” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Aran, ərazi partiya təşkilatlarının fəalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev son illərdə Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, uğur qazanmış insanların həyat təcrübəsinin gənclərlə bölüşülməsi onların dünyagörüşünün formalaşmasına, gələcək hədəflərinin düzgün müəyyənləşdirilməsinə və şəxsi inkişafına mühüm töhfə verir. Bu baxımdan "Uğur hekayələri" layihəsi gənclərin motivasiyasının artırılması və onlarda özünəinam hissinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonra Milli Məclisin deputatı Səyyad Aran çıxış edərək həyat və fəaliyyət yolundan, müxtəlif dövrlərdə qazandığı peşəkar təcrübədən, qarşılaşdığı çətinliklərdən və onların aradan qaldırılması istiqamətində əldə etdiyi uğurlardan ətraflı bəhs edib. O bildirib ki, hər bir uğurun təməlində məqsədyönlülük, zəhmətkeşlik, məsuliyyət hissi və vətənə, dövlətə sədaqət dayanır. Deputat gənclərə daim bilik və bacarıqlarını artırmağı, müasir çağırışlara uyğun inkişaf etməyi, milli-mənəvi dəyərlərə sadiq qalaraq cəmiyyətin inkişafına töhfə verməyi tövsiyə edib.
Tədbir iştirakçıları, xüsusilə gənclər təhsil, karyera seçimi, ictimai fəaliyyət, liderlik keyfiyyətlərinin formalaşdırılması, şəxsi inkişaf və uğur qazanmağın əsas prinsipləri ilə bağlı suallarını ünvanlayıblar. Səyyad Aran bütün sualları ətraflı cavablandıraraq öz təcrübəsindən nümunələr əsasında gənclərlə səmimi fikir mübadiləsi aparıb, onların gələcək fəaliyyətində faydalı ola biləcək tövsiyələrini bölüşüb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20

