Yeni proqram...
21.07.2026 [10:59]
Azərbaycan kiçik ada dövlətlərinə dəstək verir
Azərbaycan UNESCO-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Dünya İrsi obyektlərinin mühafizəsi sahəsində potensialının gücləndirilməsi üzrə proqram təqdim edib və təşkilatın Afrika strategiyasının həyata keçirilməsini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
Bu barədə Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev Cənubi Koreyanın Busan şəhərində Dünya İrs Komitəsinin 48-ci sessiyasında milli bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, “Azərbaycan-SIDS Dünya İrsi Potensialının Gücləndirilməsi” proqramı ada dövlətlərinin institusional potensialının gücləndirilməsini, mütəxəssislərin hazırlanmasını və obyektlərin gələcəkdə Ümumdünya İrsi Siyahısına daxil edilməsi üçün irəli sürülməsinə dəstək göstərilməsini nəzərdə tutur.
Azərbaycan, həmçinin, Afrika üçün Ümumdünya İrsi Strategiyasının və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə münasibətdə UNESCO strategiyasının həyata keçirilməsinə kömək etmək niyyətini təsdiqləyib.
E.Abdullayev öz çıxışında vurğulayıb ki, ölkə 1972-ci il Dünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyanın yerinə yetirilməsinə sadiqdir və Ümumdünya İrsi Mərkəzi ilə əməkdaşlığı davam etdirəcək.
O qeyd edib ki, bu yaxınlarda qəbul edilmiş “Azərbaycan mədəniyyəti - 2040” konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, hüquqi mühafizəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə müəyyən edir.
Diplomatın sözlərinə görə, 30 illik işğaldan sonra azad edilmiş ölkə ərazilərinin bir hissəsində davam edən mina təhlükəsinə baxmayaraq, Azərbaycan mədəni irs obyektlərinin inventarlaşdırılmasını və sənədləşdirilməsini davam etdirir.
Bəyanatda həmçinin qeyd edilib ki, “Xınalıq xalqının mədəni landşaftı və Köç yolu transhumans marşrutu”na daxil olan Xınalıq kəndi 2025-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən “Ən yaxşı turizm kəndləri” siyahısına daxil edilib.
E.Abdullayev xatırladıb ki, 2026-cı il Azərbaycanda “Şəhərsalma və memarlıq ili” elan edilib. Onun sözlərinə görə, iyulun 23-də Komitənin hazırkı sessiyası çərçivəsində Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda təqdim olunmuş SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsünə həsr olunmuş tədbir keçiriləcək. Diplomat əlavə edib ki, layihə mədəni irsin qorunmasına, dayanıqlı inkişafa və zərər çəkmiş ərazilərin bərpasına kömək etmək məqsədi daşıyır.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası Konvensiyaya tərəf olan dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə Busanda keçirilir. Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiya, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələrinin daxil olduğu heyətlə təmsil olunur.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

