Aşot, Zəngəzurdan əvvəl “sünik” - “münik” var idi?!
21.07.2026 [17:41]
Neçə ildir Ermənistanla sülhdən danışırıq, bu barədə yazırıq, istəyirik ki, nəhayət, ədavət bitsin. Amma bitəcəkmi?.. Təsəvvür edin, tarixi torpaqlarımıza köçürülənlər, süfrəmizin qırıntıları ilə yaşayandan sonra ayaq dirəyib, “bura bizimdir”, hikkəsi ilə yerli əhaliyə divan tutan, onları deportasiya edənlər, İrəvan mahalından sonra Qərbi Zəngəzuru, Arazdəyəndən Qazaxadək yaylaq-otlaq adı ilə “kadastr sənədi”ni 108 ildir ala bilməyənlər yenə də ağıllanmaq istəmirlər, ən müxtəlif hikkə ilə çıxış edirlər.
Məsələn, “Real Ermənistan” şüarlı Nikol Paşinyan tarix kitablarından danışır, amma həmin kitablardan erməni məktəbliləri zəhərləyən anti-türk iddialar yığışdırılacaqmı? Çətin. Saxta “erməni soyqırımı”na qoyulmuş abidəni, 1922-ci ildə erməni soyqırımını inkar edən Tələt Paşanı Berlində xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryana qoyulan heykəl – terrorçunun ayağının altında Türk paşasının kəsilmiş başının qoyulması dövlət səviyyəsində terrorçuluğun müdafiəsidir - İrəvandan yığışdıracaqmı? Mümkün görünmür.
Ermənistan terror ölkəsidir və bunu heç zaman unutmamalıyıq! Özü də bu günün məsələsi deyil. Təsəvvür edin, Azərbaycan Milli Şurasının iclasına rəhbərlik etmiş Milli Şuranın sədr müavini, sonrakı dönəmlərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədrinin birinci müavini, parlamentin sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığı zamanlarda ali orqana rəhbərlik etmiş Həsən bəy Ağayevi 1920-ci ilin 19 iyununda Tiflisdə muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirdi. 1918-ci ilin 29 mayında İrəvanın ermənilərə verilməsinə həsr olunan Milli Şuranın Tiflisdəki iclasına sədrlik etmiş şəxsi...Ermənilər belə dönükdür, türkün fövqəladə yaxşılığını da özlərinə zəhər bilirlər.
Budur, Azərbaycan Ermənistana yanacaq göndərir, ölkəmizin ərazisindən ermənilərə Rusiya buğdası daşınır, tikinti materiallarından gübrəyə, qarabaşağa qədər məhz Azərbaycan yolu ilə aparılır bu “dalan ölkə”yə. Nə olsun ki, hərdən-bir rəhbərlik səviyyəsində diplomatik görüntü olaraq təşəkkür edirdilər. Erməni ictimai rəyində bu şükranlıq varmı?
35 ildir blokada şəraitində yaşayan, əhalisi Ermənistanın real əhalisindən uzağı 3 dəfə aza olan Naxçıvan Muxtar Respublikasına aparan yolları hələ də açmırlar, 44 günlük müharibədən sonra imzalanan üçtərəfli müqaviləyə, həmçinin Vaşinqtonda əldə olunmuş razılaşmaya baxmayaraq...Azərbaycana bu qədər pisliklər etmələrinə rəğmən, ölkəmizin humanist siyasətini dəyərləndirə bilmirlər, çünki xislətdən gəlir.
Diqqət edin, elə bu gün məlum olub ki, Ermənistan hökuməti Meğri rayonunda faşist Qaregin Njdenin heykəlinin qoyulmasına icazə verməyib. Bütün ömrünü türklərlə düşmənçiliyə - özü də bütün dünyada - həsr edən, günahsız insanların qanını içən bu faşistə heykəli kim qoymaq istəyirmiş ki, hökumət izn verməyib? Deməli, faşizmin təbliğatçıları hətta heykəl qoymaq təşəbbüsü ilə çıxış etmək imkanındadırlar, özü də Mehridə, Zəngəzur dəhlizinin keçdiyi marşrutun üstündə. Azərbaycanlı əhali deportasiya edildikdək sonra bu ərazidə ermənilərin yerləşdirilməsini belə reallaşdıra bilməyiblər, çünki erməni tapmırlar. Amma bunlar faşist Njdeyə heykəl qoymaq istəyirlər, erməni yaşamayan türk məskənlərində. Üstəlik, elə nasist Qaregin Njdenin abidəsi İrəvanda qalırsa, deməli, bu, sülh və əməkdaşlıq söhbətləri çox uzanacaq...
Bu günlərdə nəhayət, məlumat yayıldı ki, Ermənistan Zəngəzur bölgəsindən keçən əsas dövlət avtomobil yollarından birində genişmiqyaslı təmir işlərinə başlayıb. Məlumata görə, İrəvan – Arazdəyən – Noraşen – Tatev – Qafan – Mehri – Ermənistan-İran sərhədi (M-2) dövlətlərarası avtomobil yolunun Zəngər yaşayış məntəqəsindən Borisovka kəndinədək olan hissəsində orta təmir işləri aparılır. Düzdür, bu, Zəngəzur dəhlizi ilə birbaşa bağlı deyil, Ermənistanın cənubuna, o cümlədən Qafan, Mehri və İran sərhədinə çıxışı təmin edən əsas nəqliyyat arteriyalarından biri hesab olunur. Hələ Zəngəzur dəhlizi ilə bağlı ayaqlarını sürüyürlər. İkinci Dünya Müharibəsi illərində Leninqradı aclıq fəlakətindən xilas etməkdən ötrü cəmi 18 günə 33 km-lik dəmiryolu xəttini çəkmişdilər. Ermənistan illərdir vəd etdiyi işlərə başlamır, gah göz ağardan Rusiyadan çəkinir, gah da İrandan...Özü də bilə-bilə ki, Zəngəzur dəhlizi onun özünün dalandan çıxması və dünyaya çıxması üçün fövqəladə əhəmiyyətə malikdir. Amma görün Ermənistan mediasında bu günlərdə hansı müzakirə gedir...
Azərbaycanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin “səngimədiyini” həyəcanlı şəkildə təqdim edən erməni mətbuatı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş katibi Kənan Qurbanovun Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra daha qısa marşrutlar, azalan logistika xərcləri və daha az sayda sərhəd keçidi hesabına Azərbaycandan Avropaya yükdaşımaların daha səmərəli olacağı barədə açıqlamasını həm də Ermənistan üçün xoşbəxt gələcək vəd etdiyini vurğulamaqdansa, Zəngəzur dəhlizi ifadəsinə qıcıqlı reaksiya verirlər. “Azərbaycan “Zəngəzur dəhlizi” dedikdə Ermənistanın suveren ərazisini nəzərdə tutur və bu, Ermənistana qarşı ərazi iddialarının ifadəsidir”, kimi gic-gic iddialara yer ayırırlar. Bu sərsəmlər hələ də anlaya bilmirlər ki, Azərbaycan istəsəydi, müharibəni 44 günə bitirməz, ordumuz dağları aşıb, “Sünik”i gorbagor edər və 1920-ci ilin dekabrında qoparılmış Zəngəzurun qərb bölgəsinə də üçrəngli bayrağımızı sancardı. Əgər Trampı da heyrətləndirən belə bir əməliyyat həyata keçirilməyibsə, Azərbaycan sülh və münasibətlərin bərpası yolunu seçibsə, bundan sonra haylar niyə zəhləmizi tökürlər?!
Soruşan gərək, ay Aşot, Zəngəzurdan əvvəl “sünik”- “münik”mi var idi? Türk toponimlərini bir əsrdir dəyişirsiniz, hələ də bitmir. Əgər Zəngəzur toponimi olmayıbsa, niyə Zəngəzurda – Sünikdə yerləşən Mis-Molibden Kombinatının adının qarşısında Zəngəzur yazılıb? Ermənicə də yazaq, bəlkə qandılar: “Զանգեզուրի պղնձամոլիբդենային կոմբինատ”. Yaxud Ermənistandakı Zəngəzur" dövlət qoruğu və ya Zəngəzur Biosfer Kompleksi də elə hayların “Sünik” dediyi, Zəngəzur vilayətində vilayətində yerləşir, bəs buna nə deyirlər? Barquşat silsiləsinin cənub və Zəngəzur silsiləsinin şərq yamaclarındakı bu qoruğu 2009-cu ildə yaradıblar və nədənsə ad qondarmaq yadlarından çıxıb, görünür Qarabağdakı qələbə eyforiyasından ayılmayıbmışlar...Axı, o vaxtlar Ağdamda nar bağı salır, Sərsəngdə kater sürürdülər...
Xəstəlik xroniki hal alıb, nəinki qana, sümüyə də keçib, sağalmaları çətindir. Tarixçilərimizdən biri yaxşı bir söz demişdi: “Ermənistanın heç “Coca-Cola” qədər tarixi yoxdur”. Əcəb deyib! İndi bu keçmişi olmayanlar Zəngəzura şübhə edirlər. Hələ Zəngəzurdan əvvəldən Zəngidən...danışmırıq, bunlar dünənin “sünik”ini ortaya soxurlar. Dövlət başçımız demişdi axı “Basarkeçər”, Göyçə”...Beləcə...
Amma hələ də islah olunmaq istəmirlər. Türkiyə ilə münasibətlər qurmaq, sərhədlərin açılmasına nail olmaq istəyirlər. Bu yandan da Ermənistan - Türkiyə sərhədi yaxınlığında dünyanın ən böyük İsa heykəlini, 101 metr hündürlükdə inşa etmək iştahına düşüblər. Bununla Azərbaycanın tarixi torpaqlarının “xristianlaşdırılmasına” saxta “damğa” vurmaq və həm də Türkiyəyə qarşı axmaq iddiaları davam etdirməkdir məqsədləri. Yoxsa Rio-de-Janeyrodakı məşhur “Xilaskar İsa” heykəlini, Nyu-Yorkdakı Azadlıq Abidəsini yüksəkliyinə görə geridə qoymaq bunların harasına yaraşır? Düzdür, heykəli maliyyələşdirən milyarderin “çiçəyi burnunda” qalıb, amma istənilən halda söhbət iddiadan və xeyli qət olunmuş məsafədən gedir. Bu tərəfdə Njde iddiası, o yanda İsa heyəli, İrəvanda dolaşan separatçılar, dəyişdirilməyən konstitusiya və Zəngəzurla bağlı gic-gic iddialar...Nikol Paşinyan gerçəkdən sülh tərəfdarıdırsa, “bir addım irəli, iki addım geri” siyasətinə son qoysun, yoxsa bir gün yaxası revanşistlərin əlində qalacaq, harayına çatan olmayacaq...
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54

