Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransa ilə Əlcəzair arasında viza mübahisəsi: Rəsmi Paris açıqlama yayıb

Fransa ilə Əlcəzair arasında viza mübahisəsi: Rəsmi Paris açıqlama yayıb

20.07.2026 [21:30]

Fransanın Xarici İşlər Nazirliyi Əlcəzair vətəndaşlarına verilən vizaların sayının artırılması ilə bağlı yaranan siyasi mübahisədən sonra açıqlama verib.

AZƏRTAC xəbər verir ki, Fransanın Əlcəzairdəki səfiri Stefan Romate yerli “Tout sur l’Algérie” mediasına müsahibəsində vizaların əvvəlki səviyyəyə – ildə təxminən 250 min viza həddinə qaytarılmasının mümkünlüyünü açıqlamışdı.

Əlcəzair mətbuatında bu bəyanat iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində “uzadılan əl” kimi qiymətləndirilib. Lakin məsələyə Parisdə siyasi reaksiyalar daha sərt olub.

Əsas tənqidlər Fransanın sağ və ifrat sağ siyasi dairələrindən gəlib. Jordan Bardella və Brüno Rötayo kimi siyasətçilər bu qərarı “geri çəkilmə” və “təslimçilik” kimi qiymətləndirərək, prezident Emmanuel Makronu Əlcəzair qarşısında güzəştə getməkdə ittiham ediblər. Müzakirələr fonunda Əlcəzairdə saxlanılan fransız jurnalist Kristof Qlize məsələsi də gündəmə gətirilib.

Yaranmış vəziyyətdən sonra Fransanın Xarici İşlər Nazirliyi məsələni izah etmək və gərginliyi azaltmaq üçün açıqlama yayıb. Nazirlik bildirib ki, vizaların verilməsi ilə bağlı heç bir konkret rəqəm hədəfi müəyyən edilməyib və bu məsələ Parisin Əlcəzairlə münasibətləri yenidən inkişaf etdirmək siyasəti çərçivəsində aparılan danışıqların əsas mövzularından biri olmayıb.

Fransa hökumətinin Əlcəzairlə dialoqu bərpa etmək istəyi xüsusilə may ayında Fransanın Əlcəzairdəki səfirinin yenidən fəaliyyətə başlaması ilə özünü göstərib.

Ekspertlərin fikrincə, nazirliyin bu açıqlaması, həmçinin Fransada, xüsusilə prezident seçkiləri ərəfəsində, həssas mövzulardan biri olan miqrasiya və viza siyasəti ətrafında yaranmış daxili siyasi mübahisəni yumşaltmaq məqsədi daşıyır.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31