Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb, 16 minə yaxın şəxsin ərizəsi təsdiqlənib

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb, 16 minə yaxın şəxsin ərizəsi təsdiqlənib

27.07.2026 [10:40]

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.

Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31