Azərbaycanın özəl neft-qaz sektoru üçün tarixi mərhələ
28.07.2026 [11:26]
Bakı dünyada “Neft akademiyası” kimi tanınır ki, bu da təsadüfi deyil. Tarixən Azərbaycanda neft hasilatı və emalı sahələrində dünya üzrə bir sıra ilklərə imza atılıb. O cümlədən dənizdə neftçıxarmanın əsası da məhz Bakıda qoyulub.
Ənənələr unudulmur. Müstəqillik dövründə Azərbaycanın dövlət neft şirkəti olan SOCAR, eləcə də neft-qaz sahəsində ixtisaslaşmış bir sıra özəl şirkətləri öz fəaliyyətlərini artıq beynəlxalq səviyyəyə yüksəltməyə nail olublar. Respublikamızın ilk özəl neft-qaz şirkətləri qrupu olan GL Groupun bu günlərdə ABŞ-ın Texas ştatının Hyuston şəhərində Midland yaxınlığında yerləşən, hazırda istismar edilən dörd neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını tamamladığını elan etməsi bunun daha bir təsdiqidir. Satın alınmış aktivlərin tərkibinə 200-dən çox aktiv neft hasilatı quyusu daxildir. GL Group həmçinin həmin aktivlərin tam operatorluğunu rəsmi olaraq öz üzərinə götürüb.
GL-in inkişaf yolu
2019-cu il 15 aprel tarixində təsis edilən GL şirkəti Azərbaycanın ilk özəl enerji şirkəti kimi fəaliyyətə başlayıb. GL şirkəti daha sonra əhəmiyyətli dərəcədə böyüyərək, 1 may 2024-cü ildə respublikamızın ilk özəl enerji şirkətləri qrupu olaraq GL Group-a çevrilib.
GL Group-un rəhbərlik komandası neft-qaz sahəsində geniş beynəlxalq təcrübəyə malik olan mütəxəssislərdən ibarətdir. Qurum strateji aktivlərin əldə edilməsi, həmçinin sərmayələr vasitəsilə mükəmməlliyi təmin etməyi və mühüm dəyər yaratmağı öhdəlik olaraq üzərinə götürüb.
GL Group Azərbaycanda beş mühüm yataqda - Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala”, “Zirə” yataqlarında neft-qaz əməliyyatları həyata keçirir.
2021-ci ildə GL Çin Milli Neft Korporasiyasının Salyan Oil Limited şirkətindəki payını satın alıb. 2022-ci ildə GL daha da böyüyərək, SOCAR-dan üç neft-qaz yatağı əldə edərək Taghiyev Operating Company-ni təsis edib. 2022-ci ilin sonlarında GL ilk növbədə peşəkar neft yataqları xidmətləri, o cümlədən quyuların karotaj tədqiqatı və texniki xidməti, eləcə də quyuların təmiri qurğusunun istismarı xidmətləri sahəsində ixtisaslaşmış GLTS adı ilə tanınan “GL Technical Services” şirkətini təsis edib. GLTS həmçinin enerji sənayesindəki digər xidmətləri də daxil etmək üçün biznes axınının şaxələndirilməsinə diqqət yetirir.
GL şirkəti 2024-cü ilin birinci yarısında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarında altı yeni quyunun qazılmasını minimum icbari iş proqramı çərçivəsində insidentsiz, ətraf mühitə sıfır zərərlə və ən qısa müddətdə uğurla başa çatdırıb. Həmçinin, 2023-cü ildə GL-in afilə şirkəti olan Taghiyev Operating Company-nin istismar etdiyi, yuxarıda qeyd olunan yataqlarda neft hasilatının 15 faizdən çox olan azalma tempini dayandırmağa nail olub və həmin ilin əvvəli ilə müqayisədə gündəlik hasilatı artırıb.
Bundan əlavə, GL özünün afilə şirkəti olan Salyan Oil Limited vasitəsilə “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında on doqquz il davam edən hasilat azalmasını dayandırıb və hasilat həcmini artırmağa başlayıb. Bütün bunlara böyük kapital investisiyası olmadan əməliyyat səmərəliliyi proqramları vasitəsilə nail olunub.
2025-ci ildə GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4400 metr dərinlikdə planlaşdırılmış yanal uzunluğu təxminən 400 metr olan horizontal neft quyusunun qazılması proqramına start verib. Qeyd olunan horizontal quyunun qazılması Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyaraq həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha iri miqyaslı qazma proqramı çərçivəsində yerinə yetirilir.
GL Group mövcud səmərəli aktivlərin əldə edilməsi və onların hasilatının optimallaşdırılması istiqamətində sərmayələr qoyur. Beləliklə, 2024-cü ilin oktyabr ayında GL Group Türkiyədəki təbii qaz biznesinə daxil olaraq ilk beynəlxalq strateji addımını atıb. GL Groupun regional orta ölçülü enerji şirkəti olmaq strategiyasına əsaslanan bu addım onu beynəlxalq enerji oyunçusuna çevirib.
Elə həmin ildə GL Group Türkiyənin şimal-qərbində Trakya hövzəsində (Thrace Basin) yerləşən F17-b4 blokunun 100 faiz mülkiyyətçisi olan və lisenziyasının operatoru olan Kanada şirkəti Gazelle Energy Limited şirkətində 25 faiz səhm payını satın alıb.
GL Group beynəlxalq standartları və texnologiyaları qəbul etməklə hasilatda, əməyin və ətraf mühitin mühafizəsində mükəmməlliyə nail olmağı öhdəlik olaraq üzərinə götürüb. Təməlində beynəlxalq standartlara və qabaqcıl texnologiyaya sadiqliyi qoruyan GL Group, nəinki gözləntilərə cavab verən, həm də onları üstələyən hasilat mükəmməlliyinə nail olmağa çalışır. Qurumun əməliyyatları hər addımda səmərəliliyi və innovasiyanı təmin edən Əməliyyat İdarəetmə Sistemi (OMS) vasitəsilə idarə olunur.
Yeni bazarlara giriş strategiyasının uğurlu nəticəsi
Yuxarıda bəhs olunan sövdələşmə GL Groupu ABŞ-də istismarda olan hasilat aktivlərinə sahib olan və onları operator kimi idarə edən ilk Azərbaycan şirkətlər qrupu edib. Bu, Azərbaycanın özəl neft-qaz sektoru üçün tarixi mərhələ olmaqla yanaşı, GL Groupun ABŞ enerji sənayesinin mərkəzində mövcudluğunu təmin edir.
Perm hövzəsində yerləşən satın alınmış aktivlər GL Groupu ABŞ-ın ən böyük neft-qaz hasilatı regionunda və dünyanın quruda neft-qaz fəaliyyəti üzrə əsas mərkəzlərindən birində mövqeləndirir. Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən Perm hövzəsi təxminən 223 min kvadratkilometr ərazini əhatə edir. 2025-ci ildə hövzədə gündəlik təxminən 6,6 milyon barel xam neft hasil olunub ki, bu da ABŞ-ın ümumi neft hasilatının təxminən yarısına və qlobal xam neft hasilatının 8 faizdən çoxuna bərabərdir. Eyni zamanda, hövzədə 2025-ci ildə gündəlik təxminən 27,6 milyard kub fut əmtəəlik təbii qaz hasil olunub ki, bu da ABŞ-ın əmtəəlik qaz hasilatının təxminən 23 faizini və qlobal təbii qaz hasilatının təxminən 7 faizini təşkil edir.
Bu miqyasda, yüksəktexnoloji səviyyəyə və intensiv rəqabət mühitinə malik hövzədə hasilatda olan aktivlərin həm sahibi, həm də operatoru olmaq GL Group üçün mühüm mərhələdir. Bu satınalma GL Groupun 2024-cü ildə Türkiyənin neft-qaz hasilatı bazarına daxil olmasından sonra beynəlxalq inkişaf strategiyasının uğurlu icrasına töhfə verir. Texasdakı satınalma GL Groupun ABŞ-də və digər beynəlxalq neft-qaz bazarlarında gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Bəhs olunan sövdələşmə bir ildən artıq davam edən ciddi qiymətləndirmənin, tərəfdaşlıq əlaqələrinin diqqətlə qurulmasının və komandanın liderliyi, peşəkarlığı, intizamı və işə sadiqliyi sayəsində məqsədyönlü şəkildə həyata keçirilmiş yeni bazarlara giriş strategiyasının nəticəsidir. Bu, GL Groupun strateji, əməliyyat və investisiya məqsədlərinin həyata keçirilməsində mühüm mərhələdir.
“Bu, GL Groupda hər kəs üçün qürurverici andır. Bu satınalma dünyanın ən böyük və ən rəqabətli neft-qaz hasilatı bazarında mövcudluğumuzu təmin edən strateji mərhələdir. Bu addım şaxələndirilmiş beynəlxalq kəşfiyyat və hasilat biznesinin qurulmasına dair uzunmüddətli baxışımızı əks etdirir və ABŞ-də davamlı inkişafımız üçün güclü platforma yaradır”, - deyə GL Groupun Baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib. “Bu, ABŞ bazarına atdığımız ilk, lakin çox mühüm addımdır. Biz böyüməyə və mövcudluğumuzu genişləndirməyə davam edəcəyik”, - deyə qurum rəsmisi qeyd edib.
GL Group və Baker Hughes şirkətləri arasında mühüm saziş imzalanıb
GL Group və Baker Hughes şirkətləri arasında strateji əlaqələrin möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün çərçivənin yaradılmasına yönəlmiş beşillik Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb.
Əməkdaşlıq şirkətlərə hər bir tərəfin təcrübə, imkan və texnoloji ekspertizasından faydalanaraq qarşılıqlı faydalı imkanları araşdırmağa şərait yaradacaq. Əməkdaşlığın GL Groupun əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının inkişafına, qabaqcıl texnologiyalara çıxışının genişləndirilməsinə və Azərbaycanda uzunmüddətli inkişafına töhfə verəcəyi gözlənilir.
“Bu saziş Baker Hughes ilə tərəfdaşlığımızın möhkəmləndirilməsi və GL Groupun uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımdır”, - deyə Asif Zeynalov bildirib. Fikirlərinə davam edən qurum rəsmisi deyib: “Bu tərəfdaşlıq bizim qlobal imkanlara, qabaqcıl texnologiyalara və əməliyyat mükəmməlliyinə çıxışımızı təmin edir. Bunlar davamlı inkişafımızı və uzunmüddətli uğurumuzu dəstəkləyəcək əsas amillərdir”.
“Baker Hughes bütün dünyada əməliyyat göstəricilərini yaxşılaşdıran, səmərəliliyi artıran və riskləri azaldan texnologiyalara davamlı olaraq sərmayə yatırır”, - deyə Baker Hughes şirkətinin Baş vitse-prezidenti Cim Seşns bildirib. “Bu strateji əməkdaşlıq çərçivəsində məqsədimiz GL Groupun enerji aktivlərinin, eləcə də bütövlükdə regionun enerji sektorunun dəyərini maksimum dərəcədə artıracaq innovativ texnoloji həllər hazırlamaq və tətbiq etməkdir”, - deyə Cim Seşns vurğulayıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

