Keçid balları ilə bağlı gözləntilər...
04.08.2026 [09:13]
Abituriyentləri nə gözləyir?
Ali təhsil müəssisələrinə qəbul ərəfəsində ən çox müzakirə olunan mövzulardan biri keçid ballarıdır. Hər il minlərlə abituriyenti eyni sual düşündürür: keçid balları dəyişəcək, yoxsa əvvəlki səviyyədə qalacaq? Mütəxəssislər bildirirlər ki, keçid balları əvvəlcədən müəyyən edilmir. Onlar qəbul prosesinin nəticələrinə əsasən formalaşır. Bu səbəbdən balların artacağı və ya azalacağı barədə əvvəlcədən qəti fikir söyləmək mümkün deyil.
Qeyd edək ki, keçid ballarına bir neçə amil təsir göstərir. İmtahan nəticələrinin ümumi səviyyəsi əsas göstəricilərdən biridir. Əgər yüksək nəticə göstərən abituriyentlərin sayı çox olarsa, rəqabət güclənir. Bu zaman keçid balları da yüksələ bilər.
İxtisas seçimi qaydalarında yeniliklər olacaq
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, bu il ixtisas seçimi qaydalarında müəyyən yeniliklər tətbiq olunacaq: “Yeniliklərdən biri odur ki, ötən il I ixtisas qrupunda 150 balla seçim edilə bilən 11 ixtisas var idi. Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK alt qrupuna aid idi. Bu ildən həmin siyahı genişləndirilir. Riyaziyyat- İnformatika (Rİ) alt qrupuna aid daha iki ixtisas kompüter mühəndisliyi və informasiya texnologiyaları da siyahıya əlavə olunur. Beləliklə, RI alt qrupu üzrə 150-200 bal toplayan abituriyentlər də bu ixtisaslar üzrə seçim edə biləcəklər”.
Onun sözlərinə görə, II ixtisas qrupunda da dəyişiklik edilib: “Təxminən 7 yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Həmin ixtisasların siyahısı ayrıca cədvəldə təqdim olunacaq. Beləliklə, 150-200 bal aralığında nəticə göstərən abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanları əhəmiyyətli dərəcədə genişlənir. III və IV ixtisas qruplarında dəyişiklik yoxdur. Keçən il qüvvədə olan ixtisas siyahısı bu il də saxlanılıb və əlavə olunmayıb”.
Keçid ballarını hansı amillər müəyyən edəcək?
Təhsil üzrə ekspert Elçin Əfəndinin “Yeni Azərbaycan”a açıqlamasına görə, bu il üçün proqnozlara baxdıqda görünür ki, keçid ballarında vahid istiqamət olmayacaq: “Yəni bütün ixtisaslarda artım və ya bütün ixtisaslarda azalma gözləmək düzgün yanaşma deyil. Daha yüksək bal tələb edən ixtisaslarda rəqabətin səviyyəsi əsas rol oynayacaq. Xüsusilə, IV ixtisas qrupunda rəqabətin artması diqqət çəkir. 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayının çox olması yüksək reytinqli tibb və digər səhiyyə yönümlü ixtisaslarda keçid ballarının yüksəlməsinə səbəb ola bilər. Bu qrupda yüksək nəticə göstərənlərin sayı artdıqca, plan yerləri məhdud olduğu üçün rəqabət də artır və nəticədə keçid balı yuxarı qalxır.
III ixtisas qrupunda da müəyyən ixtisaslarda artım ehtimalı var. Xüsusilə, humanitar və sosial istiqamətlər üzrə bəzi populyar ixtisaslarda abituriyent marağı yüksək olduğu üçün keçid ballarında yüksəlmə müşahidə oluna bilər. Bununla yanaşı, yüksək ballı ixtisaslarda müəyyən qədər azalma ehtimalı da mövcuddur”.
150-200 bal aralığında yeni imkanlar...
E.Əfəndi qeyd edib ki, I və II ixtisas qruplarında isə vəziyyət daha fərqli görünür: “Bəzi yüksək ballı ixtisaslarda cüzi azalma ehtimalı olsa da, aşağı bal intervallarında rəqabətin və kvota dəyişikliklərinin təsiri ilə müəyyən artımlar mümkündür. Burada əsas faktor odur ki, abituriyentlərin hansı ixtisaslara daha çox yönəlməsi nəticəni müəyyən edəcək.
150-200 bal aralığında seçim imkanlarının genişləndirilməsi isə xüsusilə aşağı nəticə göstərən abituriyentlər üçün mühüm dəyişiklikdir. Kompüter mühəndisliyi və informasiya texnologiyaları kimi əmək bazarında tələbatı yüksək olan ixtisasların bu siyahıya əlavə edilməsi seçim imkanlarını artırır. Lakin burada abituriyentlər yalnız keçid balına deyil, gələcək karyera perspektivlərinə də diqqət etməlidirlər”.
Uğurlu ixtisas seçimi üçün 3 mərhələli strategiya
Ekspertin fikrincə, ümumilikdə, bu il qəbul prosesində əsas tendensiya belə qiymətləndirilə bilər: yüksək rəqabətli ixtisaslarda keçid balları arta, orta və bəzi yüksək ballı ixtisaslarda isə sabit qala və ya müəyyən qədər azala bilər: “Abituriyentlər yalnız ötən ilin keçid ballarına əsaslanaraq seçim etməməlidirlər. Çünki hər il eyni ixtisas üzrə keçid balını müəyyən edən əsas amil həmin ilin real rəqabət mühitidir.
Ən düzgün strategiya abituriyentin topladığı bala uyğun olaraq ixtisasları üç istiqamətdə seçməsidir: real qəbul şansı yüksək olan ixtisaslar, orta riskli seçimlər və daha yüksək rəqabətli ixtisaslar. Bu yanaşma qəbul zamanı düzgün qərar verməyə kömək edəcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

