Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Novorossiysk yaxınlığında hücuma məruz qalan gəminin heyəti təxliyə edilib

Novorossiysk yaxınlığında hücuma məruz qalan gəminin heyəti təxliyə edilib

04.08.2026 [19:35]

Qara dənizdə, Novorossiysk yaxınlığında dron hücumuna məruz qalan "Nadejda" gəmisinin heyəti Rusiya limanına təhlükəsiz şəkildə təxliyə olunub. Gəmidəki 22 heyət üzvündən 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumatlara görə, üç dənizçinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hadisə avqustun 3-də Novorossiyskdən Samsuna hərəkət edən gəminin sahildən təxminən 20 dəniz mili məsafədə olarkən baş verib.

Kapitan Yalçın Şahinin açıqlamasına görə, hücum 6-7 dron vasitəsilə həyata keçirilib. Gəmidə yanğın hələ də davam edir və ərazidə təhlükə yüksək qaldığı üçün xilasetmə işləri məhdudlaşıb.

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30