/ / BMU və Çinin aparıcı universitetinin birgə təsis etdiyi Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
BMU və Çinin aparıcı universitetinin birgə təsis etdiyi Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
05.08.2026 [16:41]
2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) və Çinin aparıcı ali təhsil müəssisələrindən olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, fakültə dünya səviyyəli mühəndis hazırlığını, beynəlxalq akademik əməkdaşlığı və müasir tədris yanaşmalarını özündə birləşdirən təhsil modeli əsasında fəaliyyət göstərəcək. Məqsəd beynəlxalq əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı mühəndis kadrları hazırlamaqdır.
2026-2027-ci tədris ili üzrə qəbul kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək.
Qeyd olunub ki, PKTU-BMU Mühəndislik fakültəsi universitetlər tərəfindən birgə təsis edilən ilk beynəlxalq akademik fakültədir. Tədris prosesi hər iki universitetin ortaq akademik idarəetmə prinsipləri və beynəlxalq keyfiyyət standartları əsasında təşkil olunacaq.
Fakültədə tətbiq ediləcək 3+1 təhsil modelinə əsasən, tələbələr təhsillərinin ilk üç ilini BMU-da, son ilini isə PKTU-da davam etdirəcəklər. Bu müddətdə onlar beynəlxalq akademik mühitdə təhsil almaq, müasir laboratoriyalarda çalışmaq, elmi-tədqiqat layihələrində iştirak etmək və sənaye təcrübəsi qazanmaq imkanından yararlanacaqlar. Yüksək akademik göstərici nümayiş etdirən tələbələr üçün PKTU-da təqaüdlə təhsil imkanları da nəzərdə tutulur. Təhsilini uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.
Bildirilib ki, tədris proqramları süni intellekt, rəqəmsal transformasiya, yaşıl texnologiyalar və müasir sənaye çağırışları nəzərə alınmaqla hazırlanıb.
Tələbələr həmçinin innovativ laboratoriyalardan, elmi-tədqiqat fəaliyyətindən və beynəlxalq akademik mübadilə proqramlarından yararlana biləcəklər.
2026-cı ildə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi mərhələsində PKTU-BMU Mühəndislik fakültəsinin müvafiq ixtisaslarını seçə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

