Azərbaycan-Qırğızıstan münasibətlərində yeni siyasi mərhələ
05.08.2026 [22:26]
Prezident cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişaf tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul edilən siyasi qərarlar və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar göstərdi ki, Bakı və Bişkek artıq klassik dostluq münasibətlərindən daha irəli gedərək strateji müttəfiqlik modelini praktik müstəviyə keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanat təkcə iki ölkə arasında münasibətlərin hüquqi statusunun yüksəldilməsi deyil, eyni zamanda gələcək onilliklər üçün müəyyən edilən ortaq siyasi kursun, qarşılıqlı etimadın və strateji baxışın ifadəsidir: Müttəfiqlik münasibətlərinin qurulması Azərbaycan xarici siyasətinin son illərdə əldə etdiyi ən mühüm diplomatik uğurlardan biri kimi də qiymətləndirilə bilər. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında etibarlı siyasi və iqtisadi körpü rolunu daha da möhkəmləndirir. Bu gün Azərbaycan və Qırğızıstan münasibətlərini yalnız iki dövlət arasındakı əməkdaşlıq kimi qiymətləndirmək düzgün olmazdı. Bu münasibətlər artıq bütövlükdə Türk dünyasının inteqrasiyasının mühüm sütunlarından birinə çevrilməkdədir.
Səfərin ən mühüm nəticələrindən biri dövlətlərarası münasibətlərin ən yüksək siyasi səviyyəyə yüksəldilməsi oldu. "İmzalanan sənədlər paketi iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət, humanitar əməkdaşlıq, rəqəmsal inkişaf və digər istiqamətləri əhatə etməklə münasibətlərin sistemli xarakter aldığını nümayiş etdirdi. Müasir beynəlxalq münasibətlər sistemində siyasi bəyannamələr yalnız diplomatik jest kimi deyil, uzunmüddətli inkişaf strategiyalarının hüquqi və institusional əsasları kimi qiymətləndirilir. Bu baxımdan səfər zamanı əldə olunan razılaşmalar qarşıdakı illərdə Azərbaycan-Qırğızıstan əməkdaşlığının yeni iqtisadi xəritəsini formalaşdıracaq. Diqqət çəkən mühüm qərarlardan biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması oldu. Bu addım iki ölkənin iqtisadi əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. İnvestisiya fondlarının effektiv fəaliyyəti müasir iqtisadi diplomatiyanın əsas alətlərindən hesab olunur. Fond vasitəsilə həyata keçirilən layihələr yalnız maliyyə dövriyyəsini artırmır, eyni zamanda yeni istehsal sahələrinin yaradılması, innovativ texnologiyaların tətbiqi, məşğulluğun artırılması və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından da mühüm rol oynayır
Qırğızıstanın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakı Türk dövlətləri arasında həmrəyliyin konkret nəticələrindən biridir. Bu addım beynəlxalq münasibətlərdə siyasi dəstəyin real layihələrə çevrilməsinin nümunəsi kimi də qiymətləndirilə bilər. Cənab Prezidentin Qarabağın bərpasına göstərilən köməyə görə minnətdarlığını ifadə etməsi tərəfdaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını, praktiki əməkdaşlıq üzərində qurulduğunu göstərir. Humanitar diplomatiya da səfərin əsas istiqamətlərindən biri oldu. Çingiz Aytmatovun Bakıda abidəsinin və parkının açılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, Ağdamda “Manas” məktəbinin istifadəyə verilməsi, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında mənəvi bağların daha da möhkəmləndiyini nümayiş etdirir. Mədəni diplomatiya müasir dövrdə dövlətlərin yumşaq güc siyasətinin əsas komponentlərindən biridir. Azərbaycan və Qırğızıstan bu istiqamətdə ortaq tarixə, ortaq dəyərlərə və ortaq mədəni irsə əsaslanan əməkdaşlıq modeli formalaşdırırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana rəsmi səfərində Qırğızıstan Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunması da bu iki dövlətin qarşılıqlı münasibətlərinin mənəvi istiqamətlərininin göstəricisidir.
Azərbaycan Prezidentinin Qırğızıstan Respublikasına səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının gələcək perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışlara əsaslanan bu münasibətlər gələcək illərdə yeni iqtisadi layihələrin, nəqliyyat marşrutlarının və siyasi təşəbbüslərin həyata keçirilməsinə güclü təkan verəcək. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə artan əməkdaşlığı ölkəmizin Avrasiyanın əsas geosiyasi və geoiqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək, Türk dünyasının birliyinə və regionda dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfələr verəcəkdir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45

