Aslan Kərimov: İlk oyun göstərdi ki, Danimarka çempionu səhvləri bağışlamır
11.08.2026 [14:10]
Bakı, 11 avqust, AZƏRTAC
İlk oyun bizə göstərdi ki, rəqib güclü komandadır. Danimarka çempionu səhvləri bağışlamır və buraxılan xətalardan maksimum dərəcədə səmərəli istifadə etməyi bacarır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah” və “Orxus” (Danimarka) komandaları arasında keçiriləcək cavab matçı barədə danışarkən deyib.
O, rəqibin ilk oyunda 2 gözəl qol vurduğunu xatırladıb: “Orxus”un hücumçusu uzaq məsafədən qapının doqquzluğunu dəqiq nişan aldı, dubl etdi. Amma “Sabah”ın müdafiə xətti də həmin qollarda qüsursuz deyildi. Müəyyən məqamlarda boşluqlar buraxdı”.
Mütəxəssis “Sabah”ın yarımmüdafiə xəttində keçidlər zamanı problemlər yaşandığını vurğulayıb: “Yarımmüdafiə xətti hücumda nə qədər aktiv və iti olsa da, zaman-zaman meydanın mərkəzində boşluqlar verirdi. Müdafiəçilər hücuma dəstək verdikdən sonra geri qayıdaraq həmin boşluqları bağlamağı bacarırdılar. Lakin mərkəzdə oynayan Aleksey İsayev və Umarali Raxmonaliyev bəzi epizodlarda oyundan düşmüş kimi görünürdülər. Hücumda çox fəal olsalar da, müdafiəyə keçid zamanı mərkəzdə boşluqlar yaranırdı”.
Aslan Kərimov bildirib ki, “Sabah” ilk oyunda riskli futbol nümayiş etdirsə də, bunun qarşılığında qol imkanları yarada bilib: “Risk müəyyən mənada özünü doğrultdu. Qol imkanları yaratdılar. Ancaq artıq iki oyundur ki, çoxsaylı fürsətləri qola çevirməkdə çətinlik çəkirlər. Bəlkə də bir mövsümə yetəcək qədər qol imkanları olub”.
Mütəxəssis Bakıda keçiriləcək cavab görüşündə “Orxus”un daha ehtiyatlı futbol nümayiş etdirəcəyini düşünür: “Rəqib bir top fərqi ilə öndədir. Danimarkada hava daha sərin idi. Bakının istisi onlar üçün müəyyən çətinlik yarada bilər. Ona görə də düşünmürəm ki, burada önə çıxaraq davamlı pressinq etmək lazımdır. Rəqib daha ehtiyatlı oynamağa və əks-hücumlara üstünlük verməyə çalışacaq. “Sabah” isə top itkiləri zamanı daha diqqətli olmalıdır”.
O, “Sabah”ın cavab qarşılaşmasında topa daha çox sahib ola biləcəyini və qol imkanları yaradacağını söyləyib: “Fərqlənmək üçün fürsətlər olacaq. Əsas məsələ həmin imkanları qola çevirməkdir. İlk matçda “Sabah”ın sürətli oyunçuları rəqib müdafiəsinin arxasına keçməyi bacardılar və qol imkanları yaratdılar. İsayevin ötürmələrini də qeyd etmək lazımdır. Top onun ayağında olduğu zaman müdafiənin arxasına çox yaxşı paslar verə bilir. Bundan istifadə etmək lazımdır”.
Aslan Kərimov cavab matçının nəticəsi ilə bağlı proqnoz verməyin çətin olduğunu deyib və komandaların şanslarını bərabər qiymətləndirib: “Rəqibin bir top öndə olması “Sabah”ı daha riskli, hücuma meyilli oynamağa məcbur edəcək. Belə vəziyyətdə isə onların əks-hücumlarının qarşısını almaq çətin ola bilər. “Orxus” sıradan rəqib deyil. Çox yaxşı təşkil olunmuş hücumları var. Lazım gəldikdə beşli müdafiəyə keçməyi bacarırlar. Düşünürəm ki, Bakıda daha çox 5-3-2 və ya 5-4-1 sxemlərindən istifadə edə, zaman-zaman 4-5-1-ə də keçə bilərlər”.
Mütəxəssis belə taktiki yanaşmanın “Sabah”ın rəqib müdafiəsini yarmaq imkanlarını çətinləşdirə biləcəyini qeyd edib: “Əvəzində onlar əks-hücum imkanları yarana bilər. Təbii ki, “Sabah” erkən qol vuracağı halda psixoloji üstünlük komandamızın tərəfinə keçəcək. Amma bu, rəqibin sakit dayanacağı anlamına gəlmir. Onların standart vəziyyətləri də çox təhlükəlidir. Məsələn, aut atışlarından çox yaxşı istifadə edirlər və topu birbaşa cərimə meydançasına qədər çatdıra bilirlər. Belə oyunlarda standart vəziyyətlər komandalar üçün əlavə üstünlük yarada bilər”.
Onun sözlərinə görə, “Sabah”ın əsas vəzifələrindən biri yaradılan qol imkanlarını dəqiq zərbələrlə tamamlamaq olmalıdır: “Ümid edirəm ki, mərhələni adlayan tərəf “Sabah” olacaq. Qol imkanlarının yaranacağına şübhə etmirəm. Sadəcə, həmin fürsətləri qola çevirə biləcəklərmi, bu, sual doğurur. Son oyunlarda çoxsaylı imkanları boşa veriblər. Digər tərəfdən, rəqibin təhlükəli hücumlarının qarşısını tam ala bilib-bilməyəcəkləri də böyük sualdır. Çünki “Orxus” yaranan imkanlardan maksimum yararlanmağı bacaran komandadır”.
Mütəxəssis qarşılaşmanın olduqca gərgin və bərabər mübarizə şəraitində keçəcəyini bildirib.
Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da oynanılacaq “Sabah” – “Orxus” qarşılaşması saat 20:00-da başlayacaq. İlk matçda rəqib 2:1 hesabı ilə qalib gəlib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

