Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada 10 mindən çox ev susuz qalıb

Böyük Britaniyada 10 mindən çox ev susuz qalıb

12.08.2026 [12:35]

Böyük Britaniyada növbəti güclü isti hava dalğasının yaxınlaşdığı bir vaxtda London və Esseksdə su borularının partlaması minlərlə evi və müəssisəni susuz qoyub və ya aşağı su təzyiqi ilə üzləşdirib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Thames Water” şirkəti problemin 14 poçt indeksi ərazisini əhatə etdiyini açıqlayıb. BBC-nin hesablamalarına əsasən, qəza nəticəsində təxminən 10 min ev zərər çəkib.

Bu həftə Böyük Britaniyanın bəzi ərazilərində temperaturun 38 dərəcəyə çata biləcəyi gözlənilir. Ölkənin Meteorologiya Xidmətinin məlumatına əsasən, builki mövsüm müşahidələr tarixində ən isti yay ola bilər. Avqustun qalan günlərində havanın temperaturu hətta orta göstəricilər səviyyəsində qalsa belə, bu, ötən il qeydə alınmış rekordu yeniləmək üçün kifayət edəcək.

Yüksək temperaturlar ölkədə meşə yanğınları ilə bağlı vəziyyəti də əhəmiyyətli dərəcədə ağırlaşdırıb. Statistikaya əsasən, iyul ayında yanğınsöndürənlər 458 meşə və açıq ərazi yanğınına müdaxilə ediblər ki, bu da aylıq rekord göstəricidir. Avqustun ilk 10 günü ərzində isə yanğınsöndürmə briqadaları 185 belə hadisəyə çağırılıb. Onların arasında Nyu Forest ərazisində üç gündür davam edən genişmiqyaslı yanğın da var.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31