Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

14.08.2026 [18:43]

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə dəstək məqsədilə yaradılmış məsləhət mərkəzləri avqustun 15 və 16-da - şənbə və bazar günləri də fəaliyyət göstərəcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 19-dək internet vasitəsilə aparılır.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi ilə bağlı ödənişsiz xidmət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

Mərkəzlər qeyd olunan tarixlərdə Bakı şəhərində Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Milli Konservatoriyasında, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Dövlət İmtahan Mərkəzi abituriyentlərə ixtisas seçimi zamanı yarana biləcək suallarla bağlı bu mərkəzlərin xidmətlərindən istifadə etməyi tövsiyə edir.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31