Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri ilə bağlı araşdırma başlayıb

Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri ilə bağlı araşdırma başlayıb

14.08.2026 [20:55]

Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri Bruno Fuşeyə qarşı intizam araşdırmasına start verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Banqidə aparılan inzibati araşdırmadan sonra qəbul olunub. Araşdırma Fransa mətbuatında səfirin diplomatik iqamətgahda çoxlu gənc qadınları qəbul etməsi ilə bağlı yayılan məlumatların fonunda aparılır.

Fransanın Xarici İşlər Nazirliyi Bruno Fuşeyə qarşı intizam prosedurunun başladığını təsdiqləyib.

Qeyd edək ki, Fransada nəşr olunan satirik “Le Canard enchaıne” nəşrində səfirin 2024-cü ilin yanvarından 2026-cı ilin martınadək iqamətgahdakı şəxsi mənzillərinə təxminən 30 gənc qadını dəvət etdiyi barədə məlumat yayımlanıb. Nəşrin iddiasına görə, bu ziyarətlər diplomatik iqamətgahın təhlükəsizliyinə cavabdeh xidmətlərdə narahatlıq yaradıb. Bundan sonra Xarici İşlər Nazirliyi səfirlikdə yoxlama aparıb və araşdırmanın nəticəsi olaraq intizam proseduruna başlanılıb.

Nəşr yazır ki, araşdırma çərçivəsində Bruno Fuşey iki dəfə dindirilib və o, bəzi etiraflar edib.

Fransa Xarici İşlər Nazirliyi hələlik səfirlə bağlı addım atmayıb, araşdırma davam edir.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31