Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq
14.08.2026 [21:50]
Aşqabadda noyabrın 24-26-da keçiriləcək Beynəlxalq Logistika Forumu və Sərgisi (“ITTC – 2026”) Türkmənistan paytaxtını nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoqun mərkəzinə çevirəcək.
AZƏRTAC türkmən mediasına istinadla xəbər verir ki, “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: əlaqə və inkişaf” mövzusunda keçiriləcək tədbir Türkmənistan Yol Nəqliyyatı və Dəmir Yolu Nəqliyyatı nazirlikləri, “Türkmenhowaýolları” dövlət şirkəti, Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi və Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunacaq.
“ITTC – 2026” nəqliyyat və tranzit dəhlizlərinin, logistika infrastrukturunun, multimodal daşımaların və nəqliyyat sənayesinin rəqəmsallaşdırılmasının inkişafını müzakirə etmək üçün beynəlxalq platforma rolunu oynayacaq. Forumda dövlət qurumlarının, beynəlxalq təşkilatların, bizneslərin, investorların, logistika operatorlarının və texnologiya həlli təminatçılarının nümayəndələri bir araya gələcək.
Biznes proqramı Orta Dəhlizin və Xəzər dənizi üzərindən marşrutların inkişafına, rəqəmsal logistikaya, nəqliyyat infrastrukturuna investisiya imkanlarına, hava yük daşımalarına və dayanıqlı nəqliyyat həllərinə yönələcək. İlkin hesablamalara görə, tədbirdə 25-dən çox ölkədən 500-dən artıq nümayəndə, habelə 100-ə yaxın şirkət iştirak edəcək.
Forumda həmçinin B2B və B2G işgüzar görüşləri də keçiriləcək. İştirakçılara nəqliyyat və logistika sahəsində innovativ həllər təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı veriləcək.
Forumda iştirak etmək üçün qeydiyyat artıq açıqdır. Müraciətlər https://türkmenistaninfo.gov.tm/en/news/ittc-2026-ashkhabad-s veb-saytı vasitəsilə qəbul edilir.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

